Makronla Putin Qarabağla bağlı nə “razılaşıb”? – Səfir

Rusiya və Fransa prezidentləri “Dağlıq Qarabağ konflikti” (keçmiş konflikt nəzərdə tutulur – red.) ətrafında situasiyanın dayanıqlı həllinə nail olmaq üçün Minsk Qrupu çərçivəsində səylərini yeniləmək barədə razılaşıblar. Yaxın zamanlarda bu istiqamətdə konkret təşəbbüslər ediləcək.
Axar.az xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot deyib.
“Aprelin 26-da Fransa Prezidenti Emmanuel Makronla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Qafqazdakı situasiyaya gəlincə, Prezident Makron hərbi əsirlər, humanitar yardım və mədəni irsin müdafiəsi məsələlərində konkret inkişafa nail olmağın vacibliyini vurğulayıb. İki prezident “Dağlıq Qarabağ konflikti” ətrafında situasiyanın dayanıqlı həllinə nail olmaq üçün Minsk Qrupu çərçivəsində səylərini yeniləmək barədə razılaşıblar”, – deyə o bildirib.
Səfir “Qarabağ konflikti”nin sülh yoluyla həlli ilə bağlı danışıqların yenilənməsinin həmsədrlər üçün prioritet olduğunu söyləyib.


Oxşar Xəbərlər

Xəbər lenti