Nəriman Həsənzadənin SON DURUMU
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Azərbaycan nefti bir dollar bahalaşıb
Əvvəlki
Sonrakı
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Siyavuş Novruzov da Ramiz Mehdiyevi “vurdu”
Son günlər cəmiyyətdə müzakirə mövzusuna çevrilən məsələlərdən biri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ətrafında yaranmış vəziyyətdir. Alimlər, ziyalılar bu elm ocağında hökm sürən durumu kəskin tənqid edirlər, idarəetmə böhranına, elm sahəsinə verdiyi zərərə görə AMEA prezidenti Ramiz Mehdiyevi istefaya çağırırlar.
Təfərrüatlara keçməmişdən əvvəl AMEA-nın Azərbaycanın ictimai-siyasi həyatında və dövlətçilik tarixində rolu ilə əlaqədar şəxsən özümün də iştirakçısı olduğum bir neçə vacib məqamı diqqətə çatdırmaq istəyirəm. İsmailliyə binası olaraq tanınan AMEA-nın Rəyasət Heyətinin binası müstəqillik dövrümüzün ən əlamətdar - önəmli hadisələrinə şahidlik edib desəm, qətiyyən yanılmaram. Ötən əsrin 90-cı illərinin əvvəlində burada baş tutan iclaslarda xalqımızın və dövlətçiliyimizin xilası naminə çox vacib təşəbbüslər irəli sürülüb, milli mövqe ortaya qoyulub. Xüsusilə də, Ümummilli Lider Heydər Əliyevin Böyük Qayıdışı və ölkəmizin Qurtuluşu naminə. O zaman Azərbaycan xalqının maraqlarının qorunması, dövlətçilik mənafeyinin müdafiəsi məqsədilə yaradılmış Əlincə Cəmiyyətinin ilk iclası 1990-cı ilin mayında bu binada keçirilmişdi. 1992-ci ilin iyul ayında keçmiş sosial təminat naziri Əli Nağıyevin rəhbərliyi ilə keçirilən iclasda Yeni Azərbaycan Partiyasının yaradılması və müdrik dövlət xadimi, təcrübəli siyasətçi və vətənpərvər şəxsiyyət Heydər Əliyevin təsis olunacaq partiyaya rəhbərlik etməsi məsələsi təklif və müzakirə olunmuşdu. Eyni ilin 24 oktyabr tarixində Naxçıvanda AXC-Müsavat cütlüyünü dövlət çevrilişinə cəhd etdiyi bir vaxtda AMEA Rəyasət Heyətinin binasında Heydər Əliyevin Hüquqlarını Müdafiə Komitəsi Zahid Qaralovun sədrliyi ilə iclas keçirmişdi. Akademiklərdən Eldar Salayev, Ziya Bünyadov, Ramiz Rzayev, Fərəməz Maqsudov, professorlardan Hacıbala Abutalıbov, Səfiyar Musayev, Həsən Mirzəyev, Əli Nağıyev, Vaqif Şadlınski, ictimai xadimlərdən Xəlil Rza, Siruz Təbrizli və bir çox ziyalı şəxslərin iştirak etdiyi tədbirdə çevriliş cəhdi qətiyyətlə pislənmiş, Azərbaycan dövlətçiliyinin xilası naminə Heydər Əliyevə qətiyyətli dəstək ifadə olunmuşdu. 1994-cü və 1995-ci illərdə də ölkəmizdə dövlət çevrilişi cəhdləri ilə əlaqədar həmin binada keçirilmiş toplantılarda Azərbaycana qarşı yönəlmiş qərəzli planlar, təhlükəli ssenarilər pislənmiş, sağlam və birmənalı mövqe sərgilənmişdi. Bu və digər faktlar AMEA-nın elm məbədi olmaqla yanaşı, dövlətçiliyin keşiyində əzmlə dayandığını təsdiqləyir. Bundan öncə AMEA-ya rəhbərlik etmiş və şəxsən ünsiyyətdə olduğum ziyalılar - Eldar Salayev, Fərəməz Maqsudov, Mahmud Kərimov və Akif Əlizadə postsovet məkanında və dünyada tanınmış nüfuzlu şəxslər olmaqla yanaşı, Azərbaycan elminin inkişafına layiqli töhfə veriblər. Çoxları şahiddir ki, kifayət qədər sadə həyat tərzinə malik olan bu ziyalılar Akademiyaya piyada gəlib-gedirdilər. İndi isə AMEA prezidentinin silahla, mühafizə dəstəsi ilə işə gəlməsindən bəhs olunur.
Təəssüflər olsun ki, belə bir tarixə malik olan Akademiyada bu gün milli inkişaf naminə elmi məsələlər deyil - pul mənimsəmək, qayda-qanun pozmaq kimi problemlər müzakirə olunur. Ən əsası, aparılan müzakirələr Azərbaycan dövlətçiliyinə, ictimai-siyasi mühitə, siyasi sistemə qarşı yönəlib. Daha dəqiq desək, AMEA-nın rəsmi saytında dərc olunmuş cavab xarakterli yazıda əksini tapan sözlər, fikirlər özündə təhlükəli məqamları ehtiva edir, Azərbaycanın milli maraqları hədəfə alınır.
Elm xadimləri, ziyalılar, ictimai-siyasi personalar tərəfindən son günlər səsləndirilən tənqidi fikirlərə həmin bəyanatda siyasi məzmun verilməyə, rəng qatılmağa çalışılır. Həm diqqəti yayındırmaq, həm də siyasi mühitə zərbə vurmaq məqsədilə hakimiyyətin, dövlətin siyasətini ictimai rəyə mənfi fonda təqdim etməyə cəhd göstərilir. Məsələn, hakimiyyətin qollarından biri olan – ali qanunverici hakimiyyət funksiyasını yerinə yetirən Milli Məclisin legitimliyinin, fəaliyyətinin səmərəliliyinin şübhə altına alınması yolverilməzdir. Bəllidir ki, bəyanatda “özünü buraxmış parlament” adlandırılan Milli Məclisə 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilər Prezident İlham Əliyevin dərin islahatlar strategiyasının mühüm tərkib hissəsi - növbəti mərhələsi olub. O vaxt Milli Məclisə yeni - növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüşdü. Elə Ramiz Mehdiyevin də üzvü olduğu YAP Siyasi Şurasının iclasında partiyanın deputatlarının da iştirakı ilə bu məsələ müzakirə edilmiş və Milli Məclisə müraciət ünvanlanmışdı. Parlamentin iclası zamanı isə mən çıxış edərək bu məsələni diqqətə çatdırmışdım. Partiyamızın təşəbbüsü dəstəklənmiş və yekunda Milli Məclis tərəfindən Azərbaycan Prezidentinə müraciət edilmişdi. Dövlət başçısı isə yeni çağırışları, milli maraqları, demokratik inkişaf və strateji islahatlar kursunu əsas götürərək müvafiq qərar qəbul etmişdi. Nəticədə parlamentə şəffaf seçkilər keçirildi, Milli Məclisin tərkibinin üçdə biri xalqın iradəsi əsasında dəyişdi, yeni siyasi konfiqurasiya formalaşdı. Qeyd etmək istərdim ki, Avropanın inkişaf etmiş ölkələrində, o cümlədən qardaş Türkiyədə də belə müsbət təcrübə - presedent var və bu, demokratik inkişafın, milli tərəqqinin mühüm amili kimi qiymətləndirilir. Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, VI çağırış Milli Məclisə seçkilər Azərbaycanda siyasi sistemin inkişafına çox mühüm töhfədir. Belə olan halda, bəyanatda seçkilərin legitimliyini şübhə altına almaqla, parlamenti ironiya ilə “özünü buraxmış” adlandırmaqla nə demək istəyirlər, hansı mesajı verirlər? Görünən odur ki, dövlət başçısının islahat kursu ilə əlaqədar mənfi rəy yaratmağa çalışırlar.
Digər tərəfdən, növbədənkənar parlament seçkilərinin keçirilməsi YAP sədri cənab İlham Əliyevin siyasətinin gələcək hədəflərə hesablandığını, uzaqgörən olduğunu göstərdi. Həmin ilin payızında Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatının - Vətən müharibəsinin başlanması, eləcə də dünyada pandemiyanın pik həddə çatması bu baxımdan xüsusi qeyd edilməlidir. Azərbaycan demokratik islahatların tərkib hissəsi olan bu addımı atmaqla - seçkiləri vaxtından əvvəl keçirməklə digər strateji hədəflərini vaxtında və yüksək səviyyədə yerinə yetirdi. Onu da nəzərə almaq lazımdır ki, yeni siyasi konfiqurasiya nümunəsi olan Milli Məclisdə təmsil olunan qüvvələr Vətən müharibəsi zamanı Ali Baş Komandanın qətiyyətli siyasətinə birmənalı dəstək ifadə etdilər, reallıqların dünya ictimaiyyətinə çatdırılmasında - informasiya təxribatlarının qarşısının alınmasında və erməni yalanlarının ifşasında mühüm rol oynadılar.
Bunlarla yanaşı, bəyanatda hakimiyyətin faydalı və səmərəli təşəbbüslərindən olan siyasi dialoq prosesinin, həmçinin yeni siyasi konfiqurasiyanın, ictimai-siyasi mühitin ləkələnməyə çalışılması qəbuledilməzdir. Siyasi dialoq prosesi, hakimiyyətlə müxalif partiyalar arasında təmasların yaradılması, fikir mübadilələrinin, müzakirələrin aparılması Azərbaycan Prezidentinin siyasi iradəsini əks etdirir. Dövlət başçısının iradəsi əsasında Prezident Administrasiyasında müvafiq struktur islahatlarının aparılmasından sonra siyasi partiyalarla iş sahəsində yeni mərhələ başlandı, islahat xarakterli - siyasi sistemin inkişafına yönəlmiş mühüm addımlar atıldı. Yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, partiyaların qərargahlarla təmin olunması, dialoq prosesinin sistemli şəkildə aparılması və digər faktlar bu reallığın tərkib hissəsidir. Bütün bunlar həm də siyasi birliyin və milli həmrəyliyin güclənməsinə əhəmiyyətli töhfələr verdi. Biz bu gerçəkliyi Vətən müharibəsi zamanı gördük. Bəyanatda “avtobus və ya cib müxalifəti” adlandırılan siyasi qüvvələr Azərbaycan Prezidentinin ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda prinsipial mövqeyinə qəti dəstək və birlik ifadə etdilər, müraciətlər, bəyanatlar imzalayaraq ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında vacib rol oynadılar. Onların bir qismi Milli Məclisdə təmsil olunur, bəziləri ictimai-siyasi proseslərdə fəal roy oynayan, digərləri isə gənc siyasətçiləri sıralarında birləşdirən perspektivli siyasi qüvvələrdir. Belə olan halda, Azərbaycan siyasi mühitinin iştirakçılarının “cib, yaxud avtobus müxalifəti” adlandırılması Azərbaycan siyasətinə, xalqın iradəsinə ciddi hörmətsizlikdir.
Vətən müharibəsində və bu gün milli həmrəylikdən özünü kənarda saxlayanlar, yalan məlumatlar yayan, Azərbaycana qarşı kampaniya aparanlar isə AXCP, Müsavat kimi qurumlar, xaricdə məskunlaşmış antimilli ünsürlərdir.
Görünən odur ki, AMEA səlahiyyətlərini aşaraq – bütün sərhədləri keçərək ictimai-siyasi mühitə zərbə vurmağa, ictimai rəydə hakimiyyətin, dövlətin mənfi obrazını formalaşdırmağa çalışır. Amma onlar unutmamalıdırlar ki, heç kim Azərbaycanı hədəf seçə, yaxud Prezidentin uğurlu siyasətinə, dövlətə, dövlətçiliyə qarşı çıxa bilməz.
Azərbaycan hüquqi dövlət və demokratik ölkədir, hər kəsin söz azadlığından yararlanaq öz fikrini ifadə etmək haqqı var. Elm xadimləri, ziyalılar, ictimai-siyasi personalar bu məsələ ilə əlaqədar öz yanaşma və mövqelərini ortaya qoydular, müxtəlif rəy və qənaətlər səsləndirildi. İndi söz AMEA-nın Rəyasət Heyəti və Ümumi yığıncağındadır.
Siyavuş Novruzov,
Milli Məclisin deputatı
Oxşar Xəbərlər
Ramiz Mehdiyev bu gün istefa verəcək? - İDDİA
AMEA Rəyasət Heyəti toplaşır - Mehdiyev istefaya göndərilir?
AMEA-ya yüksək vəzifəyə YENİ TƏYİNAT
Ramiz Mehdiyev istefa verməlidir? -
Xəbər lenti
Nəriman Həsənzadənin SON DURUMU
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
General bu vəzifəyə gətirilə bilər -
FOTO
SON DƏQİQƏ! Ceyhun Bayramov Hakan Fidanla danışdı
Qarpızın min dərdə dərman faydaları
Elman Himayətoğluna yeni vəzifə verildi
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
Bakıda ŞOK! 15 mərtəbəli binanın damında mənzil tikib, satışa çıxardılar
Vidio
İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı
Bakıda gənc oğlan bıçaqlandı
Xaricdə təhsil adı ilə möhlət almaq istəyənlərə pis xəbər
Neft həftəni fevral qiyməti ilə başa vurdu
Bu gün UFC Fight Night Baku keçiriləcək
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gürcüstan parlamentinin iclasında əlbəyaxa dava
-VİDEO
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Azərbaycan nefti bir dollar bahalaşıb
Bakının məşhur bazarı sökülür
-KİV
Kadir İnanır vəfat etdi
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
KRIMDA KÜTLƏVİ "TƏMİZLƏMƏ" ƏMƏLİYYATI - Ukrayna eyni anda 38 strateji obyekti vurdu!
“Mən kişi kimi qadınam” - Renka
SON DƏQİQƏ!
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Son beş ayda Azərbaycanda cəzaçəkmə müəssisələrində 31 nikah qeydə alınıb
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu təbrik edib
Bu günkü yürüşdən maraqlı anlar -
FOTOLAR
Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə etdi-
Fotolar
İlham Əliyevin qalibiyyət raportu Ali Baş Komandan Heydər Əliyevə verilirdi…
Telefonları da izləyəcəklər:
yol kameralarında yeni dövr başladı
Yağış yağacaq -
PROQNOZ
5 polkovnikə “general-mayor” ali hərbi rütbəsi verildi -
ADLAR
MN-in hərbi qulluqçuları təltif edildi -
SİYAHI
Hava ilə bağlı SON DƏQİQƏ xəbərdarlığı -
Sabahdan...
Bəylər Nəcəfov vəzifəsindən azad olundu
TƏBİB-dən əhaliyə VƏD -
İlin sonuna qədər xəstəxanalarda...
Bu dərmanlar ürək çatışmazlığına yol AÇIR
MTN generalı azadlığa çıxdı
Tramp Ankaraya Ərdoğan üçün xoş sürprizlə gedəcək
Bu gün Aşuradır
Bir gecə yuxusuz qalmaq nə ilə nəticələnir? —
Araşdırma
Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl və Ağdərəyə növbəti köç karvanı yola salındı
Dünya bazarında neft bu qiymətə oldu
Sabah ölkədə qısa iş günü olacaq
KTMT-dən Cənubi Qafqazla bağlı XƏBƏRDARLIQ:
"Vəziyyət kəskinləşəcək"
Pensiya artımı ilə bağlı mühüm xəbər
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Qarpızın min dərdə dərman faydaları
Nazirlikdən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Xidmət rəisi “neqodnı” olan vətəndaşlara
- Çağırış etdi
Bakının məşhur bazarı sökülür
-KİV
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək