Ukrayna Moskva ilə danışıqlara razılıq verdi - SON DƏQİQƏ

Ukrayna Belarusun Qomel vilayətində Rusiya ilə danışıqlar aparmağa razılıq verib.
Sozcu.info xəbər verir ki, bunu Rusiya prezidentin köməkçisi Vladimir Medinski bildirib.

O, Rusiya nümayəndə heyətinin Qomelə getdiyini söyləyib.
“Hazırda marşrut hazırlanır və Ukrayna tərəfi üçün Qomel vilayətində ən optimal ərazi seçilir. Ukrayna nümayəndə heyəti maksimum təhlükəsizliklə təmin olunacaq”, - Medinski əlavə edib.
Belarusun Milli Mətbuat Mərkəzindən öz növbəsində bildirilib ki, Ukrayna nümayəndə heyətini Qomelə danışıqlara gedir.


Oxşar Xəbərlər

Xəbər lenti