25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi, Azərbaycanın zəfəri, Ermənistanın isə kapitulyasiyası ilə başa çatdı!Qarabağ Zəfəri ilk növbədə iqtisadi inkişaf, dövlət və ordu quruculuğu sahəsində illərdir Azərbaycanın apardığı siyasətin uğurunu ortaya qoydu. Başqa sözlə, bu zəfər Heydər Əliyev strategiyasının və İlham Əliyev siyasətinin zəfəri idi. Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq, dünyadakı yaxşı imicini ciddi şəkildə daha da yaxşılaşdırdı və öz gücünü bütün dünyaya bir daha sübut etdi.Bu zəfər Azərbaycanın, eləcə də bütün regionun iqtisadi inkişafına ciddi təsir göstərməklə ölkəmizdə tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdırdı. Bu amillərdən ən vacibi Qarabağda əldə edilmiş hərbi qələbəni Azərbaycanın gələcək dinamik, davamlı sosial-iqtisadi inkişafına transformasiya edə biləcək əhali, xalq məmnunluğudur.
İnanırıq ki, məmnun xalqımızın Prezident İlham Əliyev ətrafında daha da sıx birləşməsi post-müharibə dövründə iqtisadi və sosial islahatlara dəstəyi və etimadı daha da yüksəldəcək, islahatların səmərəliliyini əhəmiyyətli artıracaq. Eləcə də, xalq dövlət birliyinin güclənməsi və güclü siyasi iradənin mövcudluğu insanların həm də gələcəyə ümidini artıracaq. Nəticədə ölkənin iqtisadi gücünün və iqtisadi potensialının artımının əsas şərti təmin olunacaq.
Mən əminəm ki, Qarabağın 30 il ərzində dağıntılara və qarətlərə məruz qalmış əraziləri bərpa olunduqca bölgədə insanlar arası kommunikasiyaların canlanması və ərazidə yaşayan milli azlıqların multikultural Azərbaycan cəmiyyətinə reinteqrasiyası da öz həllini tapacaq. Bütün məcburi köçkünlər əvvəl yaşadıqları məntəqələrə, o cümlədən Xankəndiyə, Xocavəndə, Ağdərəyə və Xocalıya da öz doğma evlərinə qayıdacaqlar. Qarabağın dilbər guşələri Kəlbəcər və Laçın turizm sənayesinin inkişafı üçün böyük potensiala malik bölgələrdir. Azərbaycanın və bütün türk dünyasının mədəniyyət beşiyi sayılan Şuşa şəhərində də öz təyinatına uyğun şəkildə geniş bərpa işləri həyata keçiriləcək. Şuşa öz gözəlliyi və əzəməti ilə dünyanın bütün bölgələrindən gələn turistləri yenidən heyran edəcək. Bütün bu nəhəng miqyaslı işlərin həyata keçirilməsi dövlətin və cəmiyyətin sıx əməkdaşlığını və Vətən müharibəsi zamanında göstərilən milli birliyin növbəti mərhələyə - abadlıq və quruculuq mərhələsinə daşınmasını tələb edir. Heç şübhə yoxdur ki, 30 il ərzində yalnız bir arzu və bir məqsədlə - işğal altında qalmış torpaqlarımızın azad olunması məqsədilə yaşayan Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə torpaqlarımızın abadlaşdırılmasına, doğma Qarabağa yeni və xoşbəxt bir həyat gətirilməsinə nail olacaq. Qarabağ öz yeni həyatına qovuşacaq”.
Suraxanı Gənclər Evinin əməkdaşı Vüsal Baloğlanov