Ərdoğan Ukraynaya gedir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə yollanır.

Sozcu.info  Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, hazırda Ankaradakı Esenboğa hava limanındadır.

Ərdoğan Lvov şəhərində BMT Baş katibi Antonio Quttereş və həmkarı Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək. Liderlərin Ukraynadakı durumu, o cümlədən taxıl ixracı prosesini müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, bu, müharibə başlayandan bəri Rəcəb Tayyib Ərdoğanın Ukraynaya ilk səfəridir.



Oxşar Xəbərlər

Xəbər lenti