25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
“Bizdə olan məlumata görə, ilkin razılaşmalara əsasən, avqustun 31-də Moskvada Əliyev-Paşinyan-Putin formatında daha bir üçtərəfli görüş keçiriləcək”.
Hurriyyet.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
“Rusiya dairələrindən daxil olan məlumata görə, İlham Əliyev bu görüşdə “Zəngəzur dəhlizi” məsələsini kəskin şəkildə qaldırmağa hazırlaşır.
O, gözləyir ki, Nikol Paşinyan Azərbaycanı Naxçıvana birləşdirən yolun açılış tarixini, onun yerini, istismarını və bununla bağlı digər məsələlərin həllini aydın şəkildə elan edəcək.
Ruslar hesab edirlər ki, Əliyev qətiyyətlidir və Paşinyanın vədlərinə inanmaq və ona vaxt ayırmağa imkan vermək niyyətində deyil”, - deyə məlumatda bildirilib.