Ərdoğanı özündən çıxaran şəxs odur: Türkiyə qəfil hərəkətə keçə bilər - ŞOK DETALLAR


Son günlər dünyanın siyasi gündəmində gərginləşən Türkiyə-Yunanıstan münasibətləri də yer alıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan demək olar ki, hər çıxışında Yunanıstana xəbərdarlıq mesajları ötürür. Ərdoğan bildirir ki, Yunanıstan nə siyasi, iqtisadi, nə də hərbi baxımdan Türkiyə ilə bərabərdir və ona görə də qardaş ölkəyə düşmən ola bilməz. 

"Yunanıstan Türkiyəyə necə münasibət göstərəcəyi barədə ətraflı düşünəcək. Əks halda bir gecə qəfil gedə bilərik", - Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə keçirdiyi brifinqdə deyib.

4235cb79-67e7-3056-a9a0-5df70e2c4da5_850.jpg (64 KB)

Professor, Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu Musavat.com-a açıqlamasında bildirib ki, Türkiyə-Yunanıstan münasibətləri enişli-yoxuşludur və bir çox hallarda gərginliklərlə müşayiət olunur.

Professor qeyd edib ki, bu gərginliklər daha çox yunan tərəfinin Şərqi Aralıq dənizi və orada yerləşən adalara iddiaları, bu iddialardan irəli gələrək həyata keçirdiyi provokativ addımlar, Türkiyənin isə bu provokasiyalara verdiyi cavablar formasında baş verir.

418473262_0_0_2000_1130_1280x0_80_0_0_8f95f93292007efd678a53a1291d71bf.jpg (85 KB)

BUZLAŞAN ƏLAQƏLƏR

"Lakin bu münasibətlər indiyədək müharibə vəziyyətinə gətirib çıxarmayıb və hər zaman idarə edilə biləcək səviyyədə saxlanılıb. Bunda təbii ki, hər iki ölkənin NATO alyansının üzvü olması önəmli rol oynayıb. Yunanıstanın avqustun 23-də xidməti uçuş həyata keçirən Türkiyə döyüş təyyarələrində S-300 radarlarını kilidləməsi növbəti gərginliyin yaşanmasına səbəb oldu. Əslində sonuncu dəfə 2020-ci ildə Şərqi Aralıq dənizində yaşanan gərginliyin ötən ildən etibarən azalacağı gözlənilirdi. Yunanıstanın aqressiv silahlanma addımlarına, eləcə də Fransa və ABŞ ilə inkişaf edən intensiv hərbi əməkdaşlığına baxmayaraq, Ankara ilə Afina arasında 2016-cı ildən dayandırılmış danışıqlar 2021-ci ilin yanvarında məsləhət danışıqları adı altında bərpa edildi. Regional normallaşma dalğası kontekstində Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin bu ilin mart ayında İstanbulda prezident Ərdoğanla görüşü də kifayət qədər isti keçdi və bu görüşdə üçüncü tərəfləri problemlərə cəlb etməmək razılaşdırıldı. Lakin Yunanıstanın atdığı bəzi ardıcıl addımlar bu normallaşmanın davam etdirilməsini mümkünsüz hala gətirdi".

b780fe13-3fe1-3db3-9ce3-9f22868a443e_850.jpg (60 KB)

MİTSOTAKİS DÜYÜNÜ

"Mitsotakisin may ayında ABŞ-a səfəri ilə Yunanıstan Türkiyəyə qarşı olan mövqeyini daha birbaşa və açıq şəkildə göstərməyə başladı. Hətta deyə bilərik ki, Türkiyə əleyhinə geniş kampaniyaya başladı. Bu kampaniya bir tərəfdən ABŞ başda olmaqla müxtəlif ölkələrdə Türkiyədən şikayət etmək formasında aparılarkən, digər tərəfdən də Egeydə artan gərginlik şəklində davam etdi. Bu gərginliklər hava məkanının pozulmasından tutmuş, ərazi sularına, adaların silahlandırılmasından qeyri-qanuni miqrantlara qarşı qeyri-insani müdaxilələrə qədər bir çox sahədə özünü göstərdi".

PROSESİ BAŞLADAN 4 AMİL

"Prosesin məhz indi baş verməsi də maraqlı məqamdır. Burada əsasən 4 amili önə sürmək olar. Birinci məqam Şərqi Aralıq dənizində 2020-ci ildən mövcud olan gərginliyin Türkiyə tərəfinin atdığı praqmatik diplomatik gedişlərlə azaldılması, hətta əməkdaşlıq səviyyəsinə qaldırılması amilidir. İsrail və Misirlə münasibətlərin daha normal, hətta müəyyən mənada isti məcraya qədəm qoyması Yunanıstanı ciddi narahat etməkdədir. Bu kimi addımlarla Afina gedişatdan narazı olduğunu göstərməkdədir.

tr-yunanistan-shutterstock-1_16_9_1600789972.jpg (45 KB)

İkinci məqam təbii ki, Ukraynada gedən müharibədə rəsmi Ankaranın diplomatik tutumu və bundan irəli gələrək əldə etdiyi dividendlərdir. Türkiyə faktiki olaraq taxıl böhranını təkbaşına çözə bildi və eyni zamanda Ukrayna-Rusiya arasında yeganə sağlam və etibarlı kanal rolunu oynamaqdadır. Bu isə onun nüfuzunu daha da artırır və mövqelərini gücləndirir. Üçüncü məqam Yunanıstanın daxilində gedən proseslərlə bağlıdır. S-300 həmləsinin yunan kəşfiyyat orqanı olan EYP-nin müxalifət liderləri və jurnalistləri dinləməsi ortaya çıxdıqdan sonra edilməsi, daxili siyasətdə olduqca çətin vəziyyətə düşən Mitsotakisin gündəmi dəyişdirərək nəzərləri "əbədi və əzəli düşmən" olan Türkiyəyə yönəltməsi düşündürücü məqamdır. Dördüncü isə Afinanın bu addımını Türkiyə ilə ABŞ arasında davam edən F-16 alqı-satqısı və modernizasiya prosesini, ümumilikdə Türkiyə-ABŞ münasibətlərini sabotaj etmək cəhdi kimi qiymətləndirmək olar". 

Aytən Novruz
Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti