25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Müharibədə Ukraynaya verilən silahlar BMT-də ABŞ və Rusiyanı üz-üzə gətirib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Ukrayna üzrə ardıcıl üçüncü iclasında ABŞ və Rusiya arasında gərginlik yaşanıb.
Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia deyib ki, bu iddialar Ukrayna prezidenti Vladimir Zelenskinin Qərb silahlarının münaqişənin gedişatını dəyişəcəyi və ölkəsini qələbəyə aparacağı ilə bağlı açıqlamaları “boş fantaziyalardır”. Qərb silahlarının döyüş meydanında həlledici rol oynamadığını əsas gətirən Nebenzia qeyd edib ki, Rusiya ordusu təkcə Ukraynanın istifadə etdiyi köhnə sovet dövründən qalma silahları deyil, müasir NATO silahlarını da məhv edib.
ABŞ-ın BMT-dəki səfirinin müavini Riçard Mills Rusiyanın ABŞ və Qərbin Ukraynada müharibəni artırması və uzatması ilə bağlı iddialarının “yanlış” olduğunu bildirib və deyib: “Bunlar Moskvanın dünyada yeganə təcavüzkar olması faktına əsaslanır. Lazımsız və amansız bir döyüş üçün dünyanın toplu bədəlini ödəyir. Diqqəti yayındırmaq üçün gülünc cəhdlər edir”.
Heç kimin öz ölkələrinin tarixinə və kimliyinə hücum edilməsinə, şəhərlərinin bombalanmasına və torpaqlarının alınmasına icazə verməyəcəyini qeyd edən Mills əlavə edib ki, belə bir açıq təcavüz qarşısında beynəlxalq dəstək istəyəcəkdik”. (Teleqraf.com)