Peskov: “Sabah Azərbaycan ilə Rusiya prezidentləri görüşəcəklər”


Hurriyyet.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya ilə Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin sabah Ermənistan və Azərbaycan dövlət sərhədində gərginliyin artması ilə bağlı danışıqlar aparacaqlarlını bildirib.

Peskov KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi təftiş qrupunun bu həftə sərhədə gəlişinin planlaşdırıldığını da xəbər verib– məqsəd səfərin nəticələrinə əsasən KTMT dövlət başçıları üçün hesabat hazırlamaqdır.

Bəlli olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqəndə səfərə gedib. Rusiya Prezidenti Vladimir Putin də sammitə dəvət edilib.

Hürr Tərcüman



Oxşar Xəbərlər

Xəbər lenti