8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İlqar Vəlizadə: "Cənubi Qafqazda Rusiya yalnız Azərbaycanla məhsuldar dialoq aparır”
Bu gün Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycana səfərə gəlir. Putinin səfəri Bakıda Rusiya-Azərbaycan Regionlararası forumun keçirildiyi günlərə təsadüf edir ki, bu da iki dövlətin çoxşaxəli əməkdaşlığının təzahürü olacaq.
Demək olar ki, Azərbaycan müstəqil olduğu müddətdən bəri Rusiya ilə Azərbaycanın münasibətləri ən yüksək zirvəyə çatıb. Cənubi Qafqazda Azərbaycan Rusiyanın iqtisadi, siyasi və hərbi məsələlər üzrə əsas müttəfiqinə çevrilib. İki ölkənin müxtəlif sahələrdə sıx biznes əlaqəsi var, Rusiya və Azərbaycan logistika layihələrini fəal şəkildə inkişaf etdirirlər ki, bunların arasında Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur. Xəzərin üstünün bölünməsindən sonra isə Azərbaycan-Rusiya arasında iqtisadi əlaqələr daha da inkişaf edib.
Məlumata görə, Əliyevlə Putinin danışıqlarında əsas mövzulardan biri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi olacaq. Çünki Soçidə Vladimir Putinlə İlham Əliyevin protokoldan kənar bir saat söhbət etməsi də diqqəti çəkir. Hətta bir çox ekspertlərin fikrincə, Putin həmin görüşdə Əliyevə Azərbaycanın KTMT və Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü təklif edib.
Qeyd edək ki, Putin-Əliyev görüşündə sonra sabah -sentyabrın 26-da BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında Nyu-Yorkda görüş keçiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Maraqldır ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən bir gün öncə, Putin-Əliyev görüşünün baş tutmasının nazirlərin danışıqlarına təsiri olacaq? Nəzərə alsaq ki, son vaxtlar Rusiya- Türkiyə, Rusiya Azərbaycan prezindetlərinin görüşü intensivləşib. Az qala ki, bir siyasi tıxac yaranıb. Gah Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Soçiyə gedir, gah İlham Əliyev Vladimir Putinlə görüşür, gah da Putin ya Ankaraya, ya da Bakıya gəlir. Görünür ki, bu görüşlərin belə tez-tez baş tutması təsadüfi deyil. Müzakirələr təkcə iqtisadi aspektdə deyil, həm də siyasi aspektdə aparılır. Amma hələ ki, imzalanan iqtisadi müqavilələr açıqlansa da, Azərbaycan-Rusiya arasındakı siyasi məsələlər gizli saxlanılır. Sadəcə ekpertlərin, mətbuat işçilərinin gümanları, ehtimalları əsasında Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkşdaşlıq Təşkilatına üzvlük məsələsi müzakirə olunur. Güman və ehtimalların çoxluğuna əsaslansaq, Dağlıq Qarabağla da bağlı müzakirələr aparılr. Lakin Rusiyanın əlində açar olan Dağlı Qarabağın Azərbaycana qaytarması çətin məsələdir. KTMT məsələsi də Azərbaycanı bir oyuna çəkməkdir. Rusiya hər zaman Dağlıq Qarabağdan həm Azərbaycana, həm də Ermənistana təzyiq kimi istifadə edəcək. Ola bilər ki, də KTMT-yə üzvlük və yaxud müşahidəçi statusda təşkilatda iştirak etmək müqabilində Azərbaycan 5 rayon qaytarlsın, amma sonrakı mərhələdə torpaqların qalan hissəsinin, yəni Dağlıq Qarabağın danışıqlar vasitəsilə Azərbaycana qaytarılması mümkün olmayacaq. Çünki Rusiya əlindəki təzyiq alətini əlindən versə, Azərbaycan və Ermənsitan Qərbə üz tuta bilər ki, bu da Rusiyanın regionda mövqeyinin itirilməsidir.
"Strateji aspektdən Azərbaycan Rusiya üçün önəmlidir”
Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinin görüşü ilə bağlı politoloq İlqar Vəlizadə "Hürriyyət”ə dedi ki, siyasətdə təsadüf olmur: "Bu dinamika onu göstərir ki, tərəflər dilaloq səviyyəsindədirlər. Müzakirə olunan predmetlər çox aktualdır. Hə Rusiya həm də Azərbaycan üçün regional dinamika çox dəyişkəndir. İkitərəfli münasibətlərdə təkcə ikitərəfli münasibətlər müzakirə olunmur, eyni zamanda bölgədə baş verən proseslər müzakirə olunur. Çox güman ki, bu görüşdə də regionda baş verən proseslərin müzakirəsi yer tutacaq. Ona görə, Azərbycanın rolu Rusiya üçün həm də regional formatda tutarlı olur. Artıq paradoksal bir mənzərənin şahidi oluruq. Cənubi Qafqazda Rusiya yalnız Azərbaycanla məhsuldar dialoq aparır və bu dialoq nətiəcələr verir. Hətta Paşinyan Putinlə görüşsə belə, hətta Ermənistanla belə dilaoq fayda vermir və Ermənistan Rusiya üçün o dərəcədə maraqlı partnyor, oyunçu olmur, regionda daha çox baş ağrısı səbəbi olur. Amma Azərbaycanla münasibətlər daha praqmatik əsaslara söykənir və bu, Azərbayacanla iqtisadi layihələrin reallaşdırılması üçündür. Həm də Üçtərəfli formatlarda, yəni Azərbaycan-Rusiya-İran, Azərbycan-Rusiya-Türkiyə siyasi formatda müzakirələr olur. Yəni Rusiya Azərbaycanı Yaxın Şərqdə və Cənubi-Qərbi Asiyada partnyor hesab edir. Belə ki, Suriyada keçirilən əməliyyatlarda Azərbaycanın Xəzərə dənizi hövzsindən Rusiya raketlər Suriya tərəfə uçurlar. Əlbəttə, Azərbaycanın razılığı olmadan bu, mümkünsüzdür. Ona görə, strateji aspektdən Azərbaycan Rusiya üçün önəmlidir”.
"Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ərəfəsində KTMT-yə girməsi mümkünsüzdür”
"Azərbaycanın KTMT-yə üzv olmaqla bağlı söhbətlə gəzsə də, bu prosesi mən qeyri-mümkün görürəm. Çünki Rusiyalı siyasilər və yüksək səviyyəli məmurlar da bunu etiraf edirlər. Bir neçə gün öncə, Rusiya Dumasının komitə rəhbəri Koloşnikov bura gəlmişdi. O, açıq demişdi ki, "mən Azərbaycanın yaxın müddətdə KTMT-yə daxil olmasını görmürəm. Bunun da obyektiv subyektiv səbəbləri var”. Obyektiv səbəblər ondan ibarətdir ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. 2020-ci ildə Azərbaycan bu quruma sədrlik edəcək. Adətən bu qurumda da belə ölkələr təmsil olunur ki, digər hərbi bloklara onlar daxil olmurlar. O baxımdan, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi ərəfəsində KTMT-yə girməsi mümkünsüzdür. Vaxt almaq üçün bunun başqa səbəbləri də var. Bunları danışmaq istəmirəm. Ermənistan da bu qurumun üzvüdür. O da istəmir Azərbaycan bu quruma üzv olsun. Amma müşahidəçi qismində Azərbaycan bu quruma daxil ola bilər KTMT-nin əsas üzvləri Rusiya, Belarus, Qazaxstan Azərbaycanın hərbi partnyorlarıdır. Çünki Türkiyəni, Pakistanı kənara qoysaq, Azərbaycan hərbi sursatı bu ölklərdən alır. "Polonez” Belarusdan alınır, onda qabaq Rusiyadan 5 milyard həcmində silah-sursat alınmışdı. Qazaxstandan da hərbi texnika alınır. Ermənilər istəyilər ki, biz bu təşkilatı düşmən təşkilat kimi qəbul edək. Amma bu təşkilatın digər üzvləri bunu istəmirlər. Nə Qazaxstan, nə Belarus, nə də Rusya özü istəməz ki, Azərbaycan KTMT-ni düşmən təşkilat kimi tanısın. Ona görə, ermənilərin acığına biz ora üzv olmasaq da, müşahidəçi qismində orada çıxış edə bilərik. Eyni zamanda Şanxay Əməkdaşlıq Təşklatına da müşahidəçi qimində qoşula bilərik. Həmin bu təşkilatda olan Çin, Pakistan, Qazaxstan və Özbəkistanın özü ilə biz həm hərbi, həm də iqitsadi əməkdşalıq edirik. "Bir kəmər, bir yol” layihəsi var. Bu layihə ilə Azərbaycan vasitəsilə Çindən, Qazaxstandan Qərbə nə qədər mal daşınır. Artıq bu proses 3 ildir davam edir. Ələt limanın tikilməsi buna daha böyük təkan verəcək. Əlbəttə ki, biz Şanxay Əməkşdaşlıq Təşkilatı ilə əməkdaşlıq edək. Ən azı müşahidəçi müşahidəçi qismində təşkilata qoşula bilərik, öz sözümüzü orada deyə bilərik. O tribuna bizə imkan verir ki, öz maraqlarımızı, mövqeyimiz çatdıra bilək. Bundan istifadə etmək olar və bu, faydalıdır”,-deyə politoloq vurğuladı.
"Əliyev-Putin görüşündə Dalıq Qarabağ müzakirə olsa da, bunun birbaşa nazirlərin görüşünə təsiri yoxdur”
"Sabah Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək. Putinin Azərbaycana səfərinin Onların görüşündən öncəyə təsadüf etməsi danışıqlara təsiri olacaq” sualına politoloq belə cavab verdi: "Yox, təsir etməyəcək. Çünki bu, daha çox protokol xarakterli bir görüşdür. Paşinyanın açıqlamalarını biz hamımız eşitmişik. Ona görə, Ermənistanın mövqeyi bəllidir. Bu baxımdan, Mnatsakanyanla görüşdə təzə bir şey gözləmək olmaz. Danışıqlar davam etsin deyə, olan bir görüşdür. Əlbəttə, Putin-Əliyev görüşündə Dağlıq Qarabağ müzakirə olacaq. Amma birbaşa nazirlərin görüşünə təsiri yoxdur. Yəqin ki, burada təkliflər var. Ola bilər ki, konkret təkiflər var. Amma bu təkliflərin reallaşdırlmasına Lavrov da daxil olmalıdır. Lavrov qoşulsa, yəni üçtərəfli görüş keçirlsə, onda deyə bilərik real təkliflər var, Rusiya xarici işlər naiziri o təkliflərlə moderator kimi çıxış edi. Yəni ötən illərdə bu, var idi”.
Şamo EMİN, Hurriyyet.org