"Mənə qarşı belə bir şey etsələr, mən də göz yummaram" - Ərdoğan Putini müdafiə etdi


Praqada kiminlə görüşdümsə, Putinin əleyhində danışırdı”.

Sozcu.info xəbər verir ki, bunu Türkiyənin ATV kanalına müsahibə verən Prezident Rəcəb Tayyib Ərdoğan deyib. O, Avropa liderlərinin Rusiya Prezidenti Vladimir Putin əleyhində danışmaqla yanlış iş gördüklərini bildirib:

“İndi səmimi danışacağam. Mən də deyirəm ki, yanlış iş görürsünüz. Çünki Rusiya kimi bir dövlətin rəhbərinə qarşı hər yerdə bu cür mənfi münasibət sərgiləsəniz, o da öz mövqeyini bir lider kimi, özünü əzdirmədən ortaya qoyacaq. Bir lider kimi sizə qarşı belə addım atsalar, buna göz yumarsınız? Mənə qarşı belə bir şey etsələr, mən də göz yummaram. Lazım olanı edərəm. İndi cənab Putinin etdiyi də budur. Dünyada 3-5 hörmətli ölkələrdən olan Rusiyanın başçısı olacaqsınız, hər cür imkanınız olacaq və sonra durub belə hücumlara göz yumacaqsınız. Mümkün deyil”.

yeniavaz.com




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}