İlham Əliyev açılışa qatıldı - Fotolar


İlham Əliyev açılışa qatıldı - Fotolar

Prezident İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib.

Sozcu.info xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov paytaxtın Nərimanov rayonunda yerləşən “Bakı KOB evi” barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, sayca 3-cü olan “Bakı KOB evi”nin ümumi sahəsi 11 min 262 kvadratmetrdir. Üçmərtəbəli binanın ilk iki mərtəbəsi sahibkarlara xidmət göstərilməsi, üçüncü mərtəbə isə işçi heyət üçün nəzərdə tutulub. “Bakı KOB evi” gün ərzində beş min sahibkara xidmət göstərmək potensialına malikdir. Binada yaradılmış görüş, təlim, startap, mediasiya otaqları və konfrans zalı da sahibkarların xidmətində olacaq.

“Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmətlər göstəriləcək. Sahibkarlar fəaliyyət üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal xidmətlərə qoşulma, bank, sığorta və digər məsələlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər. Bununla yanaşı, “Bakı KOB evi”ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında gömrük və idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər də təqdim ediləcək.

Diqqətə çatdırılıb ki, KOB evləri sahibkarlara dövlət və biznes xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim edildiyi vahid məkandır. Burada xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir.

Hazırda fəaliyyətdə olan Xaçmaz və Yevlax KOB evlərində indiyədək sahibkarlara 170 mindən çox xidmət göstərilib ki, bu xidmətlərin 165 mindən çoxu dövlət-biznes (G2B), 9 minə yaxını isə biznes-biznes (B2B) xidmətləridir. Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98 faizdir. (qafqazinfo)




Oxşar Xəbərlər

Xəbər lenti