Türkiyəli nazirin Azərbaycan səfəri başlanır


Prezidentlə görüşəcək

Sozcu.info Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, Türkiyənin Milli təhsil naziri Mahmut Özerin başçılıq elədiyi nümayəndə heyəti 30 yanvar-1 fevral tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq. Səfərdə məqsəd iki ölkənin təhsil sahəsindəki əməkdaşlığının inkişaf etdirilməsidir.

Mahmut Özer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, ardından Azərbaycanın Elm və Təhsil naziri Emin Əmrullayevlə görüşəcək. Proqram çərçivəsində nazir Özer bir sıra təhsil müəssisələrində,  Bakı Türk Anadolu Liseyində, STEAM İnnovasiya Mərkəzində olacaq, Heydər Əliyev Mərkəzini ziyarət edəcək.



Oxşar Xəbərlər

Xəbər lenti