17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçirilməsi gözlənilən prezident seçkilərində vahid namizədin irəli sürülməsi məsələsi ilə bağlı müxalif partiyalar arasında baş verən böhranı şərh edib.
Sozcu.info-nun APA-ya istinadən xəbərinə görə, Ərdoğan Cumhur İttifaqının seçkilərə hazır olduğunu bildirib.
“Cumhur ittifaqı olaraq yol xəritəmiz bəllidir. Onlar nə istəyirlərsə, etsinlər, biz yolumuza davam edəcəyik. Biz can dərdindəyik, bunlar isə mal-mülk”, - deyə dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl İYİ Partiya sədri Meral Akşener “Altılı Masa”ya dahil olan 5 siyasi partiyanın CHP lideri Kəmal Kılıçdaroğlunu prezident seçkilərində vahid mamizəd seçilıməsini təklif etdikdən sonra partiyasının “Millət İttifaqı”ndan çıxdığını bəyan edib.