Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
"The Guardian”
Bu ilin əvvəlində Meral Akşener prezident Rəcəb Tayyip Ərdoğanın iqtidar partiyasını tənqid və istehza etdikdə, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün Qara dəniz sahilindəki Giresun şəhərindəki heykəli önündə dayanmışdı. O, fermerlərə xitabən dedi ki, iqtidar mənsubları ofislərində rahat oturarkən, toyuqları pul dənləyir.
Kütlənin toplaşdığı meydanda isə nəhəng bir transparant asılmışdı: "Bizi xilas et, dəmir ledi!”
"Prezidentin toxunduğu hər şey daşa çevrilir, – Akşener dedi. – Bir zamanlar Suriyanın diktatoru və müttəfiqi Bəşər Əsədin də adını tez-tez dilə gətirir, ona ” qardaşım Əsəd” deyirdi”.
"Ümid edirəm ki, məni heç vaxt "Meral qardaş” deməyəcək”, – Akşener qəhqəhəyə doğulmuş kütləyə söylədi.
Pərəstişkarlarının "Asena” ("dişi qurd”) ləqəbi verdiyi 61 yaşlı Akşener iyunun 24-də keçirilən seçkilərdə son 16 ildə Türkiyə siyasətində üstünlüyə malik prezidentə qarşı yeganə iddialı rəqibi kimi ortaya çıxıb.
Seçkinin qalibi seçicilərin keçən il referendumda təsdiqlədiyi səlahiyyətlərlə icra hakimiyyətinin ən ali təmsilçisi olacaq.
Sorğular ilk turda Ərdoğanın asan qələbə qazanacağını deyir, ancaq Akşenerin iştirakı halında ikinci tur daha sərt yarış vəd edir.
"Hər şey havada qaldığı bir vaxtda mən Ərdoğana qarşı namizədliyini elan edən ilk şəxs oldum, – deyə "İyi” partiyasının lideri Akşener "Guardian”-a bildirib. – Bu prosesin başlanğıcında hər kəs öz namizədinə səs verməlidir. İkinci turda ölkəmiz, demokratiyamız, müxalifət naminə mübahisələri kənara qoyulmalı və müxalifətin vahid namizədi dəstəklənməlidir. Çünki bu, tariximizin ən mühüm seçkisidir”.
Ərdoğanın hakim və islamçı Ədalət və İnkişaf Partiyasının (AKP) yüksəlişi on ildir Türkiyə siyasi həyatının gerçəyi olub. Dövlət Baxçalının Milliyyətçi Hərəkət Partiyası (MHP) ilə ittifaqdan əvvəl mühafizəkar və milliyyətçi qanadın birliyi ilə referendumda qələbə qazanılıb.
1920-ci illərdə müstəqillik uğrunda müharibə dövründə Yunanıstanla mübadilə əsasında Türkiyəyə gəlmiş müsəlman Akşenerin nəvəsi 1990-cı illərdə daxili işlər naziri vəzifəsini icra edib və Baxçalının partiyasının üzvü olub. Ta MHP-ni tərk etmək məcburiyyətində qalana qədər.
O, prezident kampaniyası dövründə AKP-nin düşərgəsinin bir qismini, həm də ölkə rəhbərliyindən narazı olan mühafizəkarları öz siyasi blokuna cəlb edəcəyinə ümid edir.
Akşener prezidentlik sistemini aradan qaldıracağına, ölkənin Aİ ilə əlaqələrini genişləndirəcəyinə, Türkiyədəki uğursuz çevriliş cəhdindən sonra fövqəladə halla məhdudlaşdırılmış azadlıqları bərpa və Türkiyədə qanunun aliliyinin bərqərar ediləcəyinə söz verib.
Akşener əlavə edir: "Mən dindar müsəlmanam, həcc ziyarətində olmuşam, amma bizi idarə edən ağıl qanunlara söykənməlidir. Dünyəvi dövlət insanlara verilən qanunları vətəndaşların ehtiyaclarına uyğun olaraq dəyişdirməyə imkan verir”.
"Bir adamın hər şeyə məsul olması orta və uzun perspektivdə Türkiyəyə yaxşı heç nə vəd etmir. Demokratiya Türkiyədə səhv yolla gedir və biz onu yenidən qurmalı, qanunun aliliyini və məhkəmə orqanının sərbəstliyini bərpa etməliyik”.
Akşener demək olar ki, müxalifətin vahid namizəd namizədi olaraq ortaya çıxıb. Abdullah Gül – sabiq prezident və Ərdoğala bərabər AKP-nin qurucu üzvü seçkidən kənarda qalıb. Kür partiyası HDP, 2016-cı ilin noyabr ayından bu yana həbsxanada olmasına baxmayaraq, öz lideri Səlahəddin Demirtaşın namizədliyini irəli sürüb.
2002-ci ildən etibarən heç bir seçkini uda bilməmiş sabit dünyəvi partiya olan CHP, böyük ehtimalla, Akşeneri dəstəkləyəcək.
Vaşinqton İnstitutunun Türkiyə tədqiqatları proqramının direktoru və Ərdoğan bioqrafiyası olan kitabın müəllifi Soner Çağaptay deyib ki, Türkiyə 1950-ci ildə çoxpartiyalı demokratiya halına gəldikdən sonra, solçular cəmi 17 ay ölkəni idarə ediblər. "Ərdoğanın partiyası ciddi bir problemlə üzləşəcək, onun baş ağrısı solçular deyil, sağçılardır”.
Ancaq Akşener də siyasi əcdadlarının ultra-millətçi və irqçi tarixi keçmişi ilə mübarizə aparmalıdır. MHP-nin hərbi qanadı olan "Boz qurdlar” 70-ci və 80-ci illərdə siyasi zorakılıqlarla məşhurlaşıb, ələvi qırğınları törədib və Papa II İohann Pavelin öldürülməsinə cəhd göstəriblər.
Türkiyənin cənub-şərqindəki kürd seçiciləri həmişə milliyyətçi siyasətçilərdən ehtiyatlanıblar və Akşener bölgədəki kürdlərə qarşı insan hüquqlarının pozulmasının ən pis dövrlərindən birində daxili işlər naziri olub.
Tərcümə: Strateq.az