Rumen Radev: “Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan etibarlı tərəfdaşdır”


“Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan etibarlı tərəfdaşdır”.

Sozcu.info xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.

R. Radevin sözlərinə görə, memorandumun imzalanması mühüm nailiyyət, həmçinin Azərbaycan ilə Bolqarıstan arasında uzunmüddətli və dayanıqlı münasibətlərin göstəricisidir.

"Bolqarıstan sazişlərə uyğun olaraq Azərbaycandan lazımi həcmdə təbii qaz alır. Azərbaycan həm də Avropa İttifaqının (Aİ) mühüm və etibarlı tərəfdaşıdır", - Bolqarıstan Prezidenti bildirib.

R. Radev qeyd edib ki, Ukraynadakı müharibə Avropa ölkələrini enerji təchizatında yeni yollar axtarmağa məcbur edib.



Oxşar Xəbərlər

Xəbər lenti