Roma-Bakı xəttində yeni təmas:
Meloni Azərbaycana gəlir
“Hamı başıma vururdu” -
Vəfa Şərifovadan ETİRAF
SON DƏQİQƏ! DTX əməliyyat keçirdi -
FOTO
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
FOTO
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən 5 nəfər həbs olunub
Xameneidən TƏCİLİ AÇIQLAMA:
İran donanması döyüşə hazırdır!
Bunu “Sea Breeze”də elan etdilər
Səfərbərlik Xidmətindən bu şəxslərə XƏBƏRDARLIQ
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
Birinci xanımlar Antalya Forumunda -
FOTO
Həmin təcili yardım maşınının sürücüsü HƏBS EDİLDİ
Qazaxıstan yaşayış icazəsi qaydalarını sərtləşdirir -
meqapolislər əcnəbilərə qapanır
Əvvəlki
Sonrakı
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
17-04-2026, 19:33
AZƏRBAYCAN VƏ RUSİYA RAZILIĞA GƏLDİ
- Moskva kompensasiya ödəyəcək
15-04-2026, 23:31
İran nümayəndə heyəti belə qorunacaq
- Pakistan qırıcıları artıq bölgəyə yerləşdirilib
10-04-2026, 16:52
İsrail ABŞ-a QARŞI- Atəşkəs planı BÖHRAN YARATDI
9-04-2026, 17:32
“HƏR DƏFƏ EPŞTEYN İŞİ QALXANDA DÜNYADA BOMBALAR PARTLAYIR”
-Fransa Senatının üzvündən ŞOK İTTİHAMLAR
28-03-2026, 23:18
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycan necə “Gülənçiləşdi” - SOCAR-ın, yoxsa milli təhsil siyasətimizin təqsiri?
İndi buradan həm Türkiyədəki, həm də Azərbaycandakı yetkililəri xəbərdar edirəm: Azərbaycanda illərdir fəaliyyət göstərən FETÖ-çu şəbəkənin, əsasən Bakıda olmaqla, 3 minə yaxın "İşıq evi”, Türkiyəyə milyardlarla dollar yatıran SOCAR şirkətinə verilmiş kimi göstərilən kollecləri var. Bu çete illərdir Azərbaycanın dövlət bürokratiyasına, Müdafiə və Daxili İşlər nazirlikləri strukturlarına öz adamlarını yerləşdirir. Əgər Türkiyədəki çevriliş cəhdi uğurlu olsaydı, bu strukturlarda uyuyan agentlər də fəallaşacaqdı”.
Belə bir qorxulu ssenarini Türkiyəli yazar Fuat Uğur irəli sürüb.
Bir sıra mətbu orqanlarda işıq üzü görən məqaləsində yazar onu da iddia edir ki, Türkiyədən sonra hərbi çevriliş prosesi "Türk baharı” olaraq başqa ölkələrə – Qırğızıstan, Azərbaycan və Türkmənistana da yayılıb təkrarlanacaqmış.
İnsafən, SOCAR-da son zamanlar baş verən bir sıra hadisələr yuxarıda irəli sürülən iddiaları qüvvətləndirəcək mahiyyətdədir. Xüsusilə SOCAR-ın Türkiyə təmsilçiliyində ciddi təmizləmə əməliyyatlarının başlanması təsadüfə oxşamır. Məlumatlara əsasən, hələ iyul hərbi qiyamından xeyli əvvəl "SOCAR Türkiyə”nin tərkibində çox mühüm kadr islahatları aparılıb. Qurumun İcraçı Direktoru Kənan Yavuz vəzifəsindən uzaqlaşdırılıb, yerinə Zaur Qəhrəmanov gətirilib. Onun birinci müavini Samir Kərimli, PETKİM-in baş direktoru Sadəttin Korkut, PETKİM İnstitutunun baş katibi Harun Yavaş, "SOCAR Türkiyə"nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ömər Adsız, İnsan Resursları üzrə direktor İlqar Məhəmmədoğlu, İT direktoru Fuad Uludağ, Satınalmalar üzrə direktoru Çətin Korkut, SOCAR Power ortağı Ənvər Tanər Baltaçı, Yasar Çoruh ve Tolqa Toprak da "vurulanlar” arasındadır. Sonradan adı çəkilən bu şəxslərdən bəzilərinin Türkiyə hüquq mühafizə orqanları tərəfindən Gülənçi ittihamıyıla həbs olunması SOCAR-ın boş-boşuna kadr islahatları aparmadığından xəbər verir.
Buna baxmayaraq, şirkətin adının Türkiyə mətbuatında özəlliklə 15 iyul hadisəsindən sonra Çülənçilərlə yanaşı hallandırılması diqqətçəkicidir. O da diqqətçəkicidir ki, bir çox hallarda aparılan bu kadr islahatları qiyamdan sonra baş vermiş hadisə kimi hallandırılır. Halbuki, faktlar həmin şəxslərin 15 iyuldan 3 ay əvvəl – aprel ayında işdən çıxarıldıqlarını göstərir. Bu hal qurumun məqsədli hədəfə çevrildiyini və bu səbəbdən də müəyyən faktlardan məhz o məqsəd üçün istifadə olunduğunu təsdiqləyir.
Sözsüz ki, bu kadr islahatlarında FETÖ-yə qarşı mübarizə faktorunu istisna etmək də mümkün deyil. Böyük ehtimalla işdən atılan bu kadrlar elə öz Gülənçiliklərinin güdazına gediblər. Amma hadisənin 3 ay bundan əvvəl deyil, 15 iyuldan sonra baş vermiş kimi təqdim olunması məkrdən xəbər verir, Azərbaycanın ən böyük dövlət şirkətinin qiyamçı FETÖ üzvləriylə əlaqəsi barədə təəssürat yaratmağa xidmət edir.
SOCAR rəhbərliyi üzərində Gülənçi kölgəsinin yaradılması əslində Azərbaycan qədər Türkiyənin də əleyhinə yönəlib. Sirr deyil ki, SOCAR-ın qardaş ölkədə fəaliyyəti Türkiyədə neft sənayesinə töhfə üçün nəzərdə tutulub. Dəyəri milyardlarla dollarla ölçülən layihələrin Türkiyə iqtisadiyyatının yeniləşməsində və çeşidlənməsində müstəsna rol oynayacağı şəksizdir. SOCAR prezidenti Rövnəq Abdullayevin 15 iyul hadisələrindən sonra Anadolu Agentliyinə verdiyi açıqlama da bunu təsdiqləyir. Həmin açıqlamasında Rövnəq Abdullayev deyirdi: "Türkiyədə ümumi dəyəri 18 milyard dolları keçən və Avropanın enerji ehtiyacını qarşılamağa yönəlik layihələrimiz tam gücü və sürəti ilə davam edəcək. SOCAR olaraq Türkiyədə birbaşa və dolayısıyla 40 min nəfərlik bir ailəni təmsil edirik. Bu səbəbdən Türkiyə bizim evimiz, məmləkətimizdir”.
Türkiyəyə öz evi, doğma məmləkəti kimi baxan SOCAR-ın gözdən salınması, təbii ki, ilk növbədə iki qardaş ölkənin arasına güvənsizlik toxumu səpməyə, yarana biləcək ziddiyyətlər nəticəsində dünya dövlətinə çevrilmək hədəfini qarşıya qoyan Ankaranın önünü kəsməyə xidmət edir. Sual oluna bilər: bu qaralama kampaniyası kimə, nə üçün lazımdır?
Son zamanlar Ankaranın Moskvaya yaxınlaşmasını həzm edə bilməyən ABŞ adminstrasiyasının Türkiyəni yaxın müttəfiqləriylə düşmənə çevirməyə çalışması SOCAR-a qarşı kampaniyada ilk növbədə onun rol ala biləcəyi ehtimalını ağla gətirir.
Bununla belə, Rusiya da bu məsələdə ABŞ-dan geri qalmır. O da Avropanın enerji təhlükəsizliyinin əsas qarantı kimi baxılan Cənub Qaz Dəhlizi layihəsini arzulamır, bu dəhlizi öz qaz strategiyasının altermativi kimi görür və onun reallaşdırılmasına imkan verməməyə çalışır. Deməli, ABŞ-la Rusiya bir çox beynəlxalq məsələlərdə fərqli mövqe sərgiləsələr də, Azərbaycan-Türkiyə münasibətlərinin "bir millət, iki dövlət” çərçivəsində qalması və inkişaf etdirilməsi hər iki rəqibi birləşdirən məsələ kimi ortaya çıxır. Odur ki, iki qardaş ölkənin rəhbərliyi arasında ziddiyyət yaradacaq bu kimi məsələlərə xüsusi həssaslıqla yanaşmalı, necə deyərlər, suyu üfləyə-üfləyə içməlidirlər.
Sözsüz ki, bu fikirləri deyərkən, SOCAR-ın tərkibində Gülən müridlərinin mövcud olmadığını iddia etmək fikrində deyilik. Bu ilin aprel ayında şirkətin tərkibində aparılan böyük təmizləmə əməliyyatı Gülənçilərin SOCAR-da mühüm vəzifələr tutduğunu və onların rəhbərlik tərəfindən vəzifələrindən uzaqlaşdırıldığını göstərir. Bununla belə, Gülənçilərin SOCAR-da rişələnməsi heç də Azərbaycan siyasi iradəsinin istək və arzularından irəli gəlməyib. Zənimizcə, bu kökatmanı iki başlıca amillə izah etmək olar:
1. Türkiyənin öz zəmanəti;
Sirr deyil ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyədən ölkəmizə təşrif buyuran hər kəs barəsində rəsmi Ankaranın zəmanətini alaraq iş görüb. Bir zamanlar Bakının elektrik təchizatının tapşırıldığı "Barmek" də, 1990-cı illərdə yelkənlərini ölkəmizə tərəf açan Gülənçilər də məhz Türkiyə rəhbərliyinin xüsusi zəmanəti altında fəaliyyət göstəriblər.
Əslində son bir neçə ilə qədər Ərdoğan hakimiyyətinin öz iqtidarını Gülənçilərlə bölüşdüyü də hər kəs tərəfindən bilinir. SOCAR-ın Türkiyə təmsilçiliyi də, yəqin ki, birbaşa rəsmi Ankara tərəfindən razılaşdırılmış insanlar olublar. Şirkətin sabiq CEO-su Kənan Yavuzun 2004-cü ildən etibarən "Petkim”də iş həyatına başlaması da bunu təsdiqləyir.
Qeyd edək ki, həmin illərdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyildi. Deməli, Gülənçi kadrların iş başına gətirlməsinin də Abdullayevlə əlaqəsi yoxdur.
2001-ci ildə qurulan, üstündən bir il keçəndən sonra hakimiyyətə gələn və 2003-cü ildə baş nazirlik postunu Ərdoğana həvalə edən AKP-nin iqtidarda möhkəmlənmə dövrünün həmin ərəfəyə düşməsi Kənan Yavuzun kim tərəfindən "SOCAR-Türkiyə”nin başına gətirilməsinin ən barizi sübutlarındandır.
2. SOCAR-ın kadr seçimində alternativsizliyi;
Türkiyə hakimiyyətinin zəmanətini alan Gülənçilərin Azərbaycanın bir sıra dövlət qurumlarında olduğu kimi, SOCAR-da möhkəmlənməyə çalışması və buna nail olması da olduqca normaldır. Çünki bu qurum adi bir neft şirkəti deyil, həm də Azərbaycan iqtisadiyyatının şah damarıdır və iqtisadiyyatının 80-90%-nin neftdən asılı olduğu bir məmləkətdə neft hasilatıyla məşğul olan quruma sahiblik həm də ölkəyə yiyələnmək mənasına gəlir.
Fəqət bunu Azərbaycan siyasi iradəsinin və ya SOCAR rəhbərliyinin məqsədyönlü siyasəti kimi təqdim etmək bir qədər qərəzli təsir bağışlayır. Gülən camaatının strateji əhəmiyyətli dövlət qurumlarında, o cümlədən SOCAR-da rişə atmasının əsas günahkarı axtarılacaqsa, ünvan doğru seçilməli, necə deyərlər, "qoyun qoyun ayağından, keçi keçi ayağından" asılmalıdır.
Məsələ burasındadır ki, bəyənsək də, bəyənməsək də, bu günə qədər gənc kadrların yetişdirilməsi işində Gülən camaatı digər təhsil ocaqlarını üstələyiblər. Orta məktəblərdən tutmuş, ali təhsil müəssisələrinə, hazırlıq kurslarına qədər böyük şəbəkə yaradan camaatın öz fəaliyyətini iki istiqamətdə apardıqlarını müşahidə edə bilərik.
İstqamətlərdən biri savadlı şagird və tələblər üzərində fokuslaşmaqdır. Gülən məktəbləri bu cür uşaqları imtahanlar nəticəsində seçib, xüsusi istedad sahiblərinə pulsuz təhsil veriblər. Beləcə, Azərbaycanın intellektual potensialının onların əlinə keçməsinə şərait yaradılıb.
Digər bir istiqamət isə özəlliklə elitar kəsimin övladları üzərində işləmələri olub. Gülənçi məktəblərin pullu, ödənişlərin isə orta statistik Azərbaycan vətəndaşlarının maaşlarının üzərində olması bu istiqamətdə yürüdülən siyasətin təbii seçmə filtri rolunu oynayıb. Bu iddianın nə dərəcədə həqiqət olub-olmadığını anlamaq üçün, gəlin, bəzi rəqəmlərə göz ataq.
Statistikaya görə, Azərbaycan müstəqillik qazandıqdan sonra indiyə qədər qeydə alınan ən yüksək aylıq nominal əmək haqqı 449,5 manat olub. Təxminən 500 manatdan götürsək, bu, ildə 6000 manat edər. Gülənçi məktəblərin illik haqları isə ən azı 6000 manatdan başlayıb. Yəni orta səviyyəli bir ailə başçısı öz övladını Gülən məktəblərində oxutmaq istəsə, il boyu yeməməli, içməməli, aldığı maaşın üzərinə bir xeyli pul qoyub bu təhsil müəssisələrinə verməliydi. Üstəlik, bir də övladının kitab-dəftər, paltar, müxtəlif ekskursiyalara getmək pulu da var. Əlbəttə ki, sadə bir vətəndaşın bu qədər imkanı əldə etməsi mümkün deyildi. Deməli, Gülən məktəbləri də ən azı bu səbəbə görə sadə ailələrin üzünə bağlıydı.
Deyə bilərsiniz ki, Azərbaycanda maaş göstəriciləri işçilərin iqtisadi vəziyyətini əks etdirən tablolar deyil. Ölkədə geniş yayılan korrupsiya və rüşvətxorluq halları vətəndaşın ailə büdcəsinə daxil olan vəsaitlərin maaşdan qat-qat artıq olmasına şərait yaradır. Bir çox müəssisələrdə işləyən, rüşvət almaq imkanı olmayan şəxslərə isə verilən "paketlər” maaşlardan bir neçə dəfə yüksək olur. Odur ki, yalnız maaş göstəricilərinə söykənib bu cür hesabların aparılması yanlışdır.
Tamamilə doğrudur. Amma gəlin, görək, Azərbaycanda bu imtiyazlardan kimlər faydalanırlar?
Diqqətlə araşdırsaq, görərik ki, bu məmləkətdə əli rüşvət mexanizminə çatanlar da, kabinetlərdə oturub yüksək paketlər alanlar da əsasən oliqarxlara yaxın adamlar, qohum-əqrəbalardır. Gülən məktəblərinin xitab etdiyi kəsimlər də elə onlardır.
"Ağ sinif"in övladlarının ələ keçirilməsi dövlət vəzifələrinin əldən-ələ ötürüldüyü bir ölkədə həm də gələcək üçün yatırılmış siyasi investisiyaya bənzəyir. Bu "ağ sinif"ə aid seçilmişlərin ərköyünlüyü, kütbeyinliyi isə nəinki problem deyil, əksinə yaxın perspektivdə hakimiyyəti ələ keçirmək istəyənlər üçün göydəndüşmə fürsətdir. Necə olsa, onların əvəzinə düşünənlər var və beyinləri başlarında olmasa belə, yanlarında, çevrələrində böyüdülür. Sabah siyasi olimpə doğru yüksələn bu seçilmişlər köləyə çevrilmiş ağıllarını da özləriylə daşımalı olacaqdılar. Beləcə, dövlətin bütün mexanizmləri Gülən müridlərinin əlinə keçəcəkdi.
Məsələyə bu aspektdən baxanda, Gülən məktəblərinin öz fəaliyyətlərini niyə iki istiqamətdə apardıqları aydın olur.
İki istiqamətdə yürüdülən bu siyasətin nəticəsində yeni nəsil idarəçilərinin artıq dəyişilməsi də gözlənilməz deyil. Mümkündür ki, həqiqətən, Azərbaycan hakimiyyətinin bütün strukturları böyük ölçüdə Gülənçilərin əlinə keçsin. İllər boyu yürüdülən məqsədyönlü təhsil siyasəti nəticəsində bunun belə olmaması təəccüblü görünərdi. SOCAR da, sözsüz ki, Gülənçiləşmə prosesindən öz nəsibini ala bilər.
Amma, gəlin, məsələyə insafla yanaşaq: SOCAR öz kadrlarını hansı zümrə arasından seçməliydi? Axı bizim şüurlu şəkildə bərbad hala saldığımız, gələcəyin kadrlarını yetişdirmək əvəzinə, müxtəlif adlarla rüşvətyığma mexanizminə çevirdiyimiz ənənəvi təhsil ocaqları müasir standartlara cavab verən kadrları yetişdirmək əzmində deyillər. Bunu ali məktəblərə qəbul və orta məktəblərdən buraxilış imtahanların nəticələri də təsdiqləyir.
Gülən məktəblərinin bağlandığı 2012-2013-cü təhsil ilinin buraxılış imtahanlarının nəticələrinə görə, 9-cu sinif şagirdlərinin 87.45%-i, 11-ci siniflərin isə 60,71%-i kəsilmişdi. Eyni neqativ hal digər illərdə də təkrarlanmışdı.
Məsələn, builki nəticələrə görə, IX sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 26.84 faizi Ana dilindən, 31.87 faizi isə riyaziyyatdan "2” alıb.
XI sinif şagirdləri də balacalardan çox fərqlənməyiblər: 22.14% Ana dilindən, 26.87% riyaziyyatdan – "2”.
İmtahalardan "3” alanların sayı isə daha çoxdur: Ana dilindən 50.50%, riyaziyyatdan isə 39.45%. "4” və "5” alanların sayı 14-15%-i keçmir…
Son illər ali məktəblərə qəbul imtahanları da ürəkaçan olmur. Hətta məhz bu müvəffəqiyyətsizlik keçid ballarından da yan ötüşməyib. 2015-ci ildə bütün qrupların keçid balların 200-ə salınması, bu il isə IV qrupda minimum keçid həddinin 150-ə endirilməsi təhsil səviyyəsinin aşağılığıyla izah olunur.
Azərbaycan ali təhsil ocaqlarında kök salan rüşvətxorluq da kadr yetişdirilməsində neqativ rol oynayan amillərdəndir.
Bütün bu neqativ halların hökm sürdüyü təhsil müəssisələrimizin yarıtmaz fəaliyyətinin nətisəsində dövlət qurum və təşkilatları istər-istəməz xaricdə təhsil alanlara üstünlük verirlər. Onların əksəriyyəti isə ya Gülən məktəblərinin yetirmələri, ya da birbaşa onun müridləri olurlar.
SOCAR kimi beynəlxalq şirkətə çevrilmək hədəfini qarşıya qoyan bir təşkilatın xüsusilə Gülən müridlərinin ümidinə qalması bu mənada təəccüblü deyil. Çünki digər "xod gedən” qurumlardan fərqli olaraq, bu şirkət beynəlxalq rəqabət içərisisindədir və ona daha savadlı, dünyanı tanıyan kadrlar lazımdır. Bir "JEK” müdiri zirzəminin qapısına kilid vurub evinə su çəkmək istəyəndən 10 manat dilənmək qabiliyyətinə malikdir. Yaxud bir gömrük məmuru qapısında dayandığı keçid məntəqəsini "Dəli Domrul körpüsü" zənn edib keçəndən bir abbası, keçməyəndən 2 abbası ala bilər. Bir SOCAR işçisi isə beynəlxalq neft münasibətlərini bilməli, qurumun xaricdəki ofisində işləyirsə, ən azı, ingilis və yerli dilləri öyrənməlidir. Bu qabiliyyətli kadrları isə Gülən məktəbləri yetişdiribsə, SOCAR nə etməlidir?
Bəli, Azərbaycanın bu hala gəlməsində bir çox amillər mühüm rol oynayıb. Ən ciddi məsuliyyət isə təhsil siyasətini həyata keçirən orqanlara aiddir…
Təbii ki, Azərbaycanın siyasi mexanizminin Gülən hücumlarına məruz qalmasında siyasi idarəetmə ənənələrinin də misilsiz xidmətləri var…
Bütün bu səbəblər gözardı edilərək, yalnız SOCAR-da kadr islahatlarıyla kifayətlənmək bataqlığı qurutmaq əvəzinə, ağcaqanad ovlamağa bənzəyir ki, bu da gerçək islahat yox, gözdən pərdə asmaq deməkdir…(Strateq.az)
Oxşar Xəbərlər
“Qazprom”la SOCAR Gürcüstan uğrunda qaz müharibəsinə başlayır
SOCAR “Qazprom”la rəqabətə hazır olduğunu bəyan etdi
Azərbaycanda on bir ayda 38 milyon ton neft çıxarılıb – SOCAR
SOCAR uğrunda mübarizə başlayır
Xəbər lenti
SAHİBKARLAR BAŞÇIDAN NİYƏ NARAZIDIRLAR?
Roma-Bakı xəttində yeni təmas:
Meloni Azərbaycana gəlir
Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
“Hamı başıma vururdu” -
Vəfa Şərifovadan ETİRAF
SON DƏQİQƏ! DTX əməliyyat keçirdi -
FOTO
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
FOTO
Şirvanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən 5 nəfər həbs olunub
Xameneidən TƏCİLİ AÇIQLAMA:
İran donanması döyüşə hazırdır!
Bazar günü Bakıda 24 dərəcə isti olacaq
Bunu “Sea Breeze”də elan etdilər
Hündür ağacların altında dayanmayın -Əhaliyə ÇAĞIRIŞ
Səfərbərlik Xidmətindən bu şəxslərə XƏBƏRDARLIQ
19 aprel ilə bağlı XƏBƏRDARLIQ
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
DYP sürücülərə müraciət etdi
Hava ilə bağlı XƏBƏRDARLIQ
Əhaliyə ŞAD XƏBƏR:
Bu gün pulsuz OLACAQ
Gecə saatlarında ağır qəza -
7Yarali
Birinci xanımlar Antalya Forumunda -
FOTO
Həmin təcili yardım maşınının sürücüsü HƏBS EDİLDİ
Qazaxıstan yaşayış icazəsi qaydalarını sərtləşdirir -
meqapolislər əcnəbilərə qapanır
Diplom hansı halda tanınmır?
-AÇIQLAMA
Hikmət Hacıyev Ermənistanla normallaşma prosesindən danışdı
300 bal toplayan şagird: “Həkim olmaq istəyirəm“
Tramp İsrailin Livanı bombalamasını QADAĞAN ETDİ
Qəzzanın dağıntıları üzərində qurulan ikiüzlülük
Təhsilin bakalavriat səviyyəsi ilə bağlı -
Dəyişiklik
İlham Əliyev Şahbaz Şəriflə görüşdü-
FOTOLAR
Sabahın hava proqnozu AÇIQLANDI
İlham Əliyev Moldova Prezidenti ilə görüşdü
Qubada məktəblilər təhlükə ilə üz-üzə qalır –
Əski-İqrığ kəndində nəqliyyat problemi/FOTO
Gəncədə qanunsuz tikili sökülüb —
VİDEO
Kürdəmirə də qatarla gedə biləcəyik —
FOTOLAR
Azərbaycan XİN-dən Suriyaya təbrik
NATO təyyarəsi Ukrayna yaxınlığında kəşfiyyat apardı
Bakıda iki avtomobil TOQQUŞUB -
FOTO
Prezidentin qızı və gəlininin film təqdimatından -
FOTOLAR
Saat 10:00-dan qaz olmayacaq -
Bu ərazilərdə
Müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ -
TƏFƏRRÜAT
Əhaliyə SON DƏQİQƏ xəbərdarlığı -
Bu gündən başlayır
Azərbaycan neftinin SON QİYMƏTİ -
BAHALAŞMA
Türküstanın maraqlarına xidmət edən müharibə
Kahramanmaraş faciəsi: yeniyetmənin gizli planı üzə çıxdı
Kimlər yenidən hərbi xidmətə aparılacaq? —
AÇIQLAMA
Prezident Ərdoğana başsağlığı verdi
Sosial ödəniş alanlarla bağlı YENİ XƏBƏR
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq
Bakıda əməliyyat keçirildi -
Saxlanılanlar var
Prezident xanımı ilə Türkiyədədir -
FOTOLAR
TƏCİLİ! Nazir QƏRAR VERDİ –
Vergilərlə bağlı DƏYİŞİKLİK
PRİZMA
Türküstanın maraqlarına xidmət edən müharibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
TƏHLİL
Azərbaycan hüququnda mirasın faktiki qəbulu institutunun transformasiyası
SOSİAL
1
2
3
4
5
6
SAHİBKARLAR BAŞÇIDAN NİYƏ NARAZIDIRLAR?
Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
Bazar günü Bakıda 24 dərəcə isti olacaq
Hündür ağacların altında dayanmayın -Əhaliyə ÇAĞIRIŞ
19 aprel ilə bağlı XƏBƏRDARLIQ
DYP sürücülərə müraciət etdi