Gürcüstan hökuməti ölkə prezidentini Avropaya buraxmır - Qalmaqal


Hakim “Gürcü Arzusu” partiyası Gürcüstan Prezidenti Salome Zurabişvilinin Avropa Parlamentinə səfərinin və onun orada verəcəyi bəyanatlarının ölkənin Avropa İttifaqına namizəd statusu almaq istəyinə xələl gətirəcəyindən ehtiyat edir.

Sozcu.info xəbər verir ki, bunu partiyanın sədri İrakli Kobaxidze bildirib. O deyib ki, buna görə də səfərə razılıq verməmək məntiqli olardı.

Salome Zurabişvili Gürcüstan hökumətindən onun mayın 31-də çıxış etmək niyyətində olduğu Avropa Parlamentində iştirak etməsi üçün səfərinə icazə verməsini xahiş edib. Hökumət hələ də Prezidentə cavab verməyib.

Qeyd edək ki, Prezident Salome Zurabişvili ilə hakim “Gürcü Arzusu” partiyası arasında bir müddətdir ki, fikir ayrılığı var.

Salome Zurabişvili ilə hakim partiya arasındakı fikir ayrılığı Prezidentin hakim partiyanın təklif etdiyi “xarici agentlər” haqqında mübahisəli qanun layihəsinə qarşı keçirilən son nümayişləri açıq şəkildə dəstəklədikdən sonra daha da pisləşib. Gürcüstan Prezidenti bu qanun layihəsini Rusiya qanunvericiliyinə bənzətmişdi.

Daha sonra da Salome Zurabaşvili ictimai çıxışlarında hakim partiyanın siyasətini tənqid edib. O, hakimiyyəti ölkənin qərbyönlü xarici siyasət məqsədlərinə qarşı çıxmaqda ittiham edib.

Hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze isə prezidenti radikal ritorikada ittiham edib.

AzPolitika.info



Oxşar Xəbərlər

Xəbər lenti