"Bu, Sinan bəyin şəxsi qərarıdır" - Ümit Özdağ

"Proses davam edir. Hörmətli CHP sədri və prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ilə uzun bir yol qət etsək də, hələ yekunlaşmadığı üçün bu axşam daha bir görüşümüz olacaq".
Sozcu.info TRT Haber"ə istinadən xəbər verir ki, bu sozləri Türkiyənin "Zəfər" Partiyasının sədri Ümit Özdağ jurnalistlərə verdiyi açıqlamada deyib.
Sədr Sinan Oğanla fikirlərinin fərqli olduğunu bildirib:
"Bu, Sinan bəyin şəxsi qərarıdır. Partiyamızla əlaqəli deyil".
Özdağ bildirib ki, sabah yerli vaxtla saat 11:00-da Kılıçdaroğlu ilə açıqlama verməyi planlaşdırırlar.
Xatırladaq ki, dünən "ATA İttifaqı"nın prezident postuna keçmiş namizədi Sinan Oğan ikinci turda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb. Bundan sonra Türkiyədə Sinan Oğanın rəhbərlik etdiyi "Ata İttifaqı"nın dağıldığı xəbəri yayılıb və qurumda təmsil olunan "Zəfər", "Ədalət", "Doğru", "Türkiyə İttifaqı Partiyası" və "Ölkəm" partiyaları ayrı-ayrılıqda qərar qəbul edəcəkləri vurğulanıb.



Oxşar Xəbərlər

Xəbər lenti