Ermənistan Prezidenti: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”


Sozcu.info erməni mətbuatına istinadla xəbər verir ki, mayın 29-da Ermənistan Prezidenti Vaahn Xaçaturyanla ölkənin Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Xaçaturyan görüş zamanı deyib: “Cənab Baş nazir, ilk növbədə, regionda sülhün bərqərar olması üçün sizin hökumətlə birlikdə apardığınız siyasətdə sizi və hökuməti dəstəklədiyimi bir daha bildirmək istəyirəm. Bununla bağlı ötən həftə bizim siyasi həyatımızda Brüssel görüşündən başlayaraq, mühüm hadisələr baş verib. Həmin görüşdə siz Ermənistan Respublikası hökumətinin mövqeyini aydın şəkildə bildirdiniz: biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və Azərbaycandan da bunu gözləyirik. Məncə, bu, çox mühüm açıqlamadır və onu isbat edir ki, biz sülh barəsində sadəcə danışmırıq, həm də regionda sülhün tam bərqərar olmasını istəyirik”.



Oxşar Xəbərlər

Xəbər lenti