İsveçdən açıqlama: “Türkiyənin bütün şərtlərini yerinə yetirdik”


Sozcu.info xəbər verir ki, İsveçin Xarici İşlər naziri Tobias Billstryem ölkəsinin yeni antiterror qanununu qəbul eləməklə İsveçin NATO-ya daxil olması üçün Türkiyə tərəfindən irəli sürülən şərtləri yerinə yetirdiyini hesab elədiyini bəyan edib.

Nazir “Blumerq” (“Bloomberg”) agentliyinə müsahibəsində deyib: “Biz verdiyimiz vədi yerinə yetirdik. Buna görə də Türkiyənin razılaşmanın ona aid hissəsini yerinə yetirməsi və ratifikasiya prosesinə başlamasının vaxtı çatıb. İsveç memorandumun bütün qərarlarını yerinə yetirib”.

O, alyansın 11-12 iyul tarixlərində Vilnüsdə keçiriləcək sammiti ərəfəsində İsveç krallığının NATO üzvü olmaq üçün səy göstərəcəyini bildirib.

“Blumberq” agentliyinin yazdığına görə, hazırda Türkiyə Prezidenti R.T.Ərdoğan prezident seçkilərindən sonra yeni hökumətin formalaşdırılması ilə məşğul olduğundan, İsveçin səylərinə baxmayaraq, ratifikasiya məsələsi ləngiyə bilər.

İsveçin terrorçuluqla bağlı qanunu bu gündən – iyunun 1-dən etiarən qüvvəyə minir. Qanuna görə, terror qruplaşmalarında iştirak edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər. Bu, terror təşkilatlarının “möhkəmləndirilməsi və dəstəyi” ilə ağlı istənilən fəaliyyəti, həmçinin, maliyyələşdirmə, təbliğat, təhrik və sairəni nəzərdə tutur.



Oxşar Xəbərlər

Xəbər lenti