Sülh müqaviləsi bütün Cənubi Qafqazın xeyrinədir - Baş nazir


“Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir. Çünki bu, bütün Cənubi Qafqazın maraqları daxilindədir”.

Sozcu.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Moldovada Avropa Siyasi Birliyinin sammitindəki açıqlamasında deyib.

O bildirib: “Düşünürəm ki, Gürcüstan regionumuzda sabitliyin və sülhün möhkəmləndirilməsində neytral, qərəzsiz rol oynayıb və oynayır. Bizim həm Azərbaycanla, həm də Ermənistanla əla münasibətlərimiz var. Gürcüstan Qarabağ müharibəsindən sonra 2021-ci ildə çox mühüm vasitəçilik rolunu oynadı. Biz, mahiyyət etibarilə, Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarını dəstəkləyirik və hesab edirik ki, bu, Gürcüstanın, Azərbaycanın, Ermənistanın və bütün regionun maraqlarına cavab verir”.

yenisabah.az



Oxşar Xəbərlər

Xəbər lenti