Azı 20 dövlətin başçısı sabah Ankarada olacaq


Sozcu.info xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın iyunun 3-də Ankarada keçiriləcək andiçmə mərasimində azı 20 dövlət başçısı və 45 nazirin iştirak edəcəyi gözlənilir.

TASS informasiya agentliyinə bu məlumatı verən mənbə deyib: “Cənab Prezident Ərdoğanın andiçmə mərasimində müxtəlif ölkələrdən olan 45 nazirin və 20 dövlət başçısının iştirak edəcəyini gözləyirik. Azərbaycan Prezidenti İlham Əlievin, Qətər əmiri şeyx Tamim ben Hamad Əl Taninin iştirakı gözlənilir. NATO-nun Baş katibi Yens Stoltenberqin də mərasimdə iştirak eləmək üçün Türkiyəyə gələcəyi gözlənilir”.



Oxşar Xəbərlər

Xəbər lenti