BLOKADANIN BİR İLİ:Qətər bu sınaqdan necə çıxmalıdır? - TƏHLİL

BLOKADANIN BİR İLİ:Qətər bu sınaqdan necə çıxmalıdır? - TƏHLİL

 

Sultan Bərəkət

"Əl-Cəzirə”

 

2017-ci il iyun 5-də Qətərə blokada tətbiq olunduqda, onun bu qədər davam edəcəyini az adam güman edirdi. Bir il ərzində Qətərin müstəqil xarici siyasətində dəyişiklik etmə səyləri əslində, siyasi bölünmələri dərinləşdirdi və əgər mövcuddursa, Körfəz Birliyinə dönüşü daha da çətinləşdirdi.

Bu gün Səudiyyə Ərəbistanı da daxil olmaqla, blokadanın hər kəsə mənfi təsir göstərdiyini heç kim inkar edə bilməz. İddia edildiyi kimi, İrandan qorunma əslində, Körfəz təhlükəsizliyinin azalması ilə nəticələnib.

Aydındır ki, başlanğıcda Qətər qısamüddətli blokadaya ümid edir və münasibətləri bərpa etmək istəyirdi. Son nəticədə rəsmi Doha böhrandan ərzaq təhlükəsizliyinin, sosial vəhdətin və iqtisadi sürətin yaxşılaşdırılması, valyutanın mühafizəsinə kömək edən maliyyə siyasətini uyğunlaşdırmaq üçün fürsətə çevirmək qabiliyyətini nümayiş etdirdi.

Ancaq böhran həm də Qətərın Yaxın Şərqdəki ən zərərli siyasətlərdən yayınmasına kömək etdi və ölkənin regional dönüşünə yol açdı.

 

Qətər Yəməndən çıxmaqdan xoşbəxtdir

 

Əvvəla, blokada başlayan kimi Qətər Yəməndə müharibə aparan İttifaqdan çıxarıldı. Düzü, rəsmi Doha bu savaşa əsasən, Səudiyyəni razı salmaq üçün və istəksiz qoşulmuşdu.

Yəməndə müharibə ilə bərabər, Səudiyyə Ərəbistanı 28 milyon insanın yaşadığı digər bir ölkəni kütləvi humanitar fəlakətə gətirib çıxaracaqdı. Qətər sadəcə Səudiyyə Ərəbistanı və BƏƏ-nin mənfi nüfuzuna əlavə olmaqdan qurtuldu. Bu, Dohanın Yəməndə baş verən dəhşətlərdən daha çox narahatlıq keçirən Qərb mediası və vətəndaş cəmiyyətinin gözündə ucaldaraq ilk strateji qələbəsi oldu.

Bundan əlavə, Yəmənin gələcəyinə dair fərqli dizaynlar nəticəsində Səudiyyə Ərəbistanı-BƏƏ ittifaqında sürətlə inkişaf edən çatlar yarandı.

İkincisi, "Ərəb Baharı”nın Qətərın xarici siyasətinin nüfuzuna xələl gətirdiyinə şübhə yoxdur. Səudilər və Əmirlik Tramp administrasiyası ilə uyğunlaşdıqda, bu da populyarlığını itirdi və onlar ABŞ səfirliyinin Qüdsə köçürülməsinə susqun dəstək verdilər.

Blokada müddətində Qətər ölçülü diplomatiya ilə mənəvi zirvəyə yetişdi.

Üçüncüsü, Körfəzin təhlükəsizliyi üçün ən əhəmiyyətlisi, Qətərin müstəqilliyini ləğv etməkdən imtina etməsi, blokadanın sona çatması üçün şərt olan İranla nüvə razılaşması əleyhdarlığı məsələsində müstəqil mövqe ictimai dəstək qazandı.

Bu Qətəri, uzun illərdir davam edən danışıqları vecinə almayan ABŞ prezidenti ilə müqayisədə, çoxsaylı ərəb, Avropa və Asiya dövlətləri ilə eyni səfə qoydu.

 

Səudiyyə Ərəbistanı-BƏƏ "oxu” çökdü

 

Buna baxmayaraq, Qətər üçün irəlidəki yol çətindir. Həqiqi sual budur: birillik blokadadan sonra ölkə bu yolla təkbaşına gedib-getməyəcək?

Sosial, iqtisadi və siyasi səyləri nəzərə alınmaqla, böhranın həlli ilə bağlı potensialı həyata keçirmək çətin olacaq. Yenidən düşünülməli və Qətərın uzunmüddətli perspektivdə hansı strategiyaları həyata keçirməsi saf-çürük edilməlidir.

Strategiyalardan biri Qətərın başını dik tutması, mövcud böhranı idarəetmə rejimini qorumaq və anti-Qətər alyansının içindən parçalanacağına ümid etməkdir.

Trampın Səudiyyə Ərəbistanı, BƏƏ və İsrail ilə böyük ittifaqı, Əbu-Dabi və Riyad arasında qarşıdurma və İsrail baş naziri Benjamin Netanyahu ətrafında baş verən korrupsiya qalmaqalının artması səbəbiylə, səthdə göründüyündən, daha kövrək ola bilər.

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman (MBS) ölkəsini yeniləmək üçün inanılmaz iddialı bir layihəyə imza atıb, amma bu məqsəd vəhhabi isteblişmenti və əl-Səud xanədanında sabitliyin təməlini dağıdıb. Fələstinlilərə yönəlik mübahisəli ifadələrdən də ölkənin imicinə zərər dəyib.

MBS Səudiyyə Ərəbistanı üçün uzunmüddətli planında müvəffəq olsa, Qətər idarəli liberallaşma, daha açıq vəhhabilik forması və regional siyasətə balanslı yanaşma yolu tutmalıdır.

 

İran böhranından istifadə oluna bilər

 

Qətər üçün digər bir strateji fürsət İrana qarşı mövqeyindən öz maraqları naminə istifadə etməkdir. Böhrandan sonra Qətər İrandan yayınmaqla yaxşı iş gördü. Lakin təcrid olunma hiss edilmədikdə, həmişə Trampın qeyri-müəyyən siqnalları yüksəlir.

Böhran nə qədər çox davam edərsə, Qətər Səudiyyə Ərəbistanının müdaxiləsindən qorxuya düşən digər ərəb ölkələrinə – Tehrana rasional yanaşmanı paylaşan Küveyt və Omana yaxınlaşacaq.

Qətərin İranla davamlı və lazımlı əməkdaşlığı mötədil Tehranla işləməyi tələb edir. Ancaq ABŞ-ın nüvə razılaşmasından çıxması yalnız sərt tənqidçilərə qapı açıb. Trampın düşüncəsi ona prezident Həsən Ruhani və sələfi Mahmud Əhmədinejad arasındakı fərqləri görməyə imkan vermir.

ABŞ prezidentinin Con Bolton və Mayk Pompeo ilə əhatə etdiyi nəzərə alınarsa, yaxın zamanlarda hər hansı bir zəkalı anlayışı inkişaf etdirmək çətindir.

Müvəffəqiyyətli olmaq üçün nüvə razılaşmasını xilas etmək yolu tutan Qətərın bu müddətdə Aİ ilə işi davam etdirməli, İranın mötədil hökumətinə dəstək verməsidir. Qətər də İrana ərəb ölkələrindəki ekspansionist siyasətin maraqlarına uyğun olmadığına, xüsusilə də İraqdakı ziddiyyətin əks-cavab və Suriyada israillilərlə təhlükəli qarşıdurma riski doğura biləcəyinə inandırmalıdır.

Birgə neft-qaz axtarışları və sənayeləşmə ilə diqqət çəkən İran daha yaxşı seçənək olardı.

 

Qaz kartelinin potensialı 

 

Qətər KƏŞ uğursuzluğundan asılı olmayaraq, region üçün ərəb dövləti olması qeyri-vacib yeni iqtisadi və təhlükəsizlik ittifaqları yaratmalıdır.

Qətərin qaz ixracının təxminən 40 faizini təşkil edən Cənubi Koreya və Yaponiya ilə sazişlərin yenilənməsi üçün son tarixlər sürətlə yaxınlaşır. Qətər qlobal qaz bazarında onun əsas rəqiblərinə – Avstriya, ABŞ və başqalarından üstünlüyə malik olmalıdır.

Bunun üçün ölkə Rusiya, Əlcəzair və İranla qaz kartelinin yaradılması fikrini yenidən nəzərdən keçirməlidir. Bu iqtisadi ittifaq ümumi iqtisadi maraqlara əsaslanan daha konkret təhlükəsizlik tənzimləmələrinə gətirib çıxara bilər, eyni zamanda, Qətər, Türkiyə kimi, onu dəstəkləyən digər dövlətlərə də açıq olmalıdır.

Bu cür tənzimləmə möhkəmliyin qurulmasından kənara çıxmalıdır. Qətər çox düşünməli və özünün təhlükəsiz təməl üzərində dayanmasını təmin edəcək iqtisadiyyata uzunmüddətli beynəlxalq etibarlılıq yaratmağa çalışmalıdır.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti