Dünən, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Sozcu.info xəbər verir ki, məlumatı Ermənistanın XİN-in mətbuat katibi Ani Badalyan “Sputnik Ermənistan” informasiya agentliyinə açıqlamasında Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasındakı danışıqların növbəti mərhələsinin iyunun 12-də başlanacağını deyib. Badalyan görüşlə bağlı əlavə məlumat verməyib.
Bayramovla Mirzoyan arasında danışıqlar son dəfə 1-4 may tarixlərində Vaşinqtonda keçirilib. Danışıqların davam etdiyi günlərdə nazirlər iki dəfə ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra Blinken iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün mühüm irəliləyiş əldə edildiyini bildirib.