8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Nikol Paşinyanla (Ermənistanın Baş naziri) görüşlər "Mülki müqavilə" fraksiyasının deputatları üçün əsl sınaq və başağrısıdır".Sozcu.info Ermənistanın "Joqovurd" qəzetinə istinadən xəbər verir ki, hakim fraksiya deputatları hər dəfə Nikol Paşinyanla görüşəndə, təhlükəsizlik xidməti onlardan telefonları və "ağıllı" saatları yığır.Nəşr bildirilir ki, Paşinyan yəqin ki, o qədər qorxur ki, hətta komanda yoldaşlarına belə güvənmir.Deputat Ovik Ağazaryan qəzetə bu xəbəri təsdiqləyib:"Bəli, iclaslardan əvvəl deputatların telefonları, "ağıllı" saatları yığılır. Bunun səbəbi onların diqqətlərini yayınmaması, iclasda müzakirə olunan məsələlərə diqqət yetirmələri və "Tik-Toka" girməmələri ilə bağlıdır".Ağazaryan izah edib ki, Milli Məclisin deputatları "Tik-Tok" əyləncə platformasının pərəstişkarıdır və hətta Baş nazirlə görüşlər zamanı da ora daxil olurlar.