8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
Rusiya Azərbaycana yeni səfir təyin edib.
Sozcu.info xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Mixail Yevdokimov bu vəzifəyə təyin olunub.
O bu vəzifədə Mixail Boçarnikovu əvəz edəcək.
Diplomat bu təyinata qədər Rusiya XİN-in MDB ölkələri üzrə Birinci departamentinin direktoru vəzifəsini icra edib. Yeni səfir uzun illər ərzində Rusiya XİN-də çalışıb. İngilis və fransız dillərini bilir.
64 yaşlı Yevdokimov evlidir, bir oğlu var.
Qeyd edək ki, Yevdokimov 2019-cu ilin sentyabrından 2-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik statusuna sahibdir.
Xatırladaq ki, M.Boçarnikov 2018-ci ildə Rusiyanın Azərbaycandakı səfiri təyin edilmişdi.
qafqazinfo.az