8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
44 günlük Vətən müharibəsi dövründə Türkiyənin, prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi siyasi dəstəyin, səsləndirdiyi bəyanatların Qələbəmizdə xüsusi rolu oldu. Həmin vaxt Azərbaycanın Türkiyənin qırmızı cizgisi olduğunu bəyan edən Rəcəb TayyibƏrdoğan siyasi və mənəvi dəstəyi ilə kənar məkrli qüvvələrin müdaxiləsinin, Azərbaycana qarşı çirkin planlar gerçəkləşdirməsinin qarşısını aldı. Türkiyə prezidenti cənab Ərdoğan iştirak etdiyi bütün tədbirlərdə 44 günün demək olar hər günündə Azərbaycana dəstək bəyanatları verdi; öz komandasının, ölkəsinin cəsarətli duruşunu ortaya qoydu. Bu dəstək imkan verdi ki, Azərbaycan öz hərbi gücü ilə torpaqlarını işğaldan azad etsin. Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. İkinci Qarabağ müharibəsində əldə edilən Zəfər yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün Türk dünyasının tarixiQələbəsi kimi dəyərləndirilir.Azərbaycan-Türkiyə münasibətləri Rəcəb Tayyib Ərdoğanın bu dəfəki dövlət səfəri ilə daha güclü, yeni zəfərlərlə müşayiət olunan bir mərhələyə keçəcək. Şuşa Bəyannaməsi ilə siyasi, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini müəyyənləşdirən, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoyan Azərbaycan və Türkiyə yeni hədəflərə birgə, dahaəzmlə yürüyəcək.Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Şuşa bəyannaməsi isə müttəfiqliyimizin, qardaşlığımızın ən yüksək səviyyədə olmasını təsdiqləməklə yanaşı, bütün türk dünyasına gözəl bir mesaj oldu.İnanırıq ki, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq. Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!Abdulla Məmmədov
Zığ bələdiyyəsinin sədri
Sozcu.info