Türkiyə Azərbaycan əməkdaşlığı

Türk dünyası birliyi daim iqtisadi, siyasi və mədəni əlaqələrini artırır. Azərbaycanla Türkiyə arasında ən qısa sərhəd olmasına baxmayaraq ən perspektivli geosiyasi mövqeyə malikdir. Hər iki qardaş ölkə regionda sülhün təmin edilməsi və  iqtisadi münasibətlərin inkişafı üçün çalışaraq birgə fəaliyyət göstərir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Cənab İlham Əliyevin bu sahədə gördüyü işlər əvəzedilməzdir.  Cənab Tayyib Ərdoğanın buyurduğu kimi Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bu əməkdaşlığı daha da artırmaq məqsədilə cari ilin 13 iyun tarixində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan  Azərbaycana səfər edib. Səfərdə bir sıra məsəslələrə toxunuldu və xüsusən ticarət dövriyyəsi haqda danışıldı. Ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşmışdır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Xüsusən Azərbaycan təbii qazı Avropaya nəql edəcək. Bunun üçün  Zəngəzur dəhlizi üzrə nəqliyyat yolunun təmin olunması ən vacib islahatdır. Azərbaycan əlverişli geosiyasi mövqeyə malik olan ölkədir və Orta Dəhlizin Respublikamızın nəqliyyat əlaqələrinin genişlənməsinə təsiri böyükdür. Bakı liman şəhəridir və Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Xəzər dənizi vasitəsilə türk dövlətləri arasında ticarət əlaqələri artırılır. Ölkəmizdə dəmiryolu və gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir.
Cənab İlham Əliyevin uzaqgörən siyasəti və savadı imkan verir ki, Azərbaycan daha çox inkişaf etsin. Ölkədə aparılan uğurlu islahatlar və qardaş Türkiyə dəstəyi ilə Azərbaycan xalqı 30 il  işğal altında qalan torpaqları erməni tapdağından azad etdi. Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdirŞuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması simovlik xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur;
“Bir millət, iki dövlət” düşüncəsi əbədi və sarsılmazdır. Allah millətimizi, uğurla addımlayan cənab İlham Əliyev və cənab Tayyib Ərdoğan birliyini var etsin.
Sevinc Hacızadə
Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti