Dövlət Departamenti: “İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”


“İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”.

Sozcu.info “report”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O, ABŞ-ın birbaşa dialoqu dəstəklədiyini bildirib:

“Bu, sülhü və problemləri həll etməyin ən yaxşı yoludur”.

Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək. Müzakirələrin 3 gün davam edəcəyi gözlənilir.



Oxşar Xəbərlər

Xəbər lenti