8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İyunun 27-29-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ikitərəfli danışıqlar aparıblar.
Sozcu.info xəbər verir ki, danışıqlar Virciniya ştatının Arlinqton şəhərindəki Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində keçirilib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlər Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
Nazirlər və onların komandaları “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsi üzrə irəliləyişi davam etdiriblər. Onlar Saziş layihəsi üzrə daha bir neçə maddə və qarşılıqlı anlaşma üzrə irəliləyişlə bağlı razılıq əldə edib, eyni zamanda, bəzi əsas məsələlər üzrə mövqelərin daha çox iş tələb etdiyini bildiriblər.
Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqların aparılmasına görə Amerika tərəfinə minnətdarlığını bildirib və danışıqların davam etdirilməsinə sadiq olduqlarını qeyd ediblər.
yenisabah.az