Ermənistanın ümidi puç oldu: Gürcüstan bunu etməyəcək


Gürcüstan və Rusiya Abxaziya dəmir yolunun bərpası və işə salınması ilə bağlı danışıqlar aparmır.

Sozcu.info xəbər verir ki, bunu cümə günü Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə deyib.

“Məsuliyyətlə bəyan edirəm ki, bu məsələ ilə bağlı heç bir danışıqlar aparılmır. Bizim heç bir gizli gündəmimiz yoxdur. Abxaziya dəmir yolunun bərpası Gürcüstanın ərazi bütövlüyünün bərpası halında mümkündür”, - baş nazir bildirib.

Qeyd edək ki, Ermənistan bu dəmir yolunun bərpasına böyük ümid bəsləyirdi ki, Rusiya ilə əlaqələrinin Gürcüstan vasitəsilə təminatı yaxşılaşsın. Hətta Ermənistanın baş naziri Paşinyan dəmir yolu xəttinin bərpası istiqamətində aparılan işlərə görə Rusiya prezidenti Putinə təşəkkür də etmişdi.

İndi isə məlum olur ki, Gürcüstan bu yolun açılmasına imkan verməyəcək.

publika.az



Oxşar Xəbərlər

Xəbər lenti