Zelenski sabah Türkiyəyə səfər edəcək


Ukrayna Prezidenti Vladimir Zelenski sabah Türkiyəyə səfər edəcək.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, səfər sabah baş tutacaq.

Səfər çərçivəsində Zelenski İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Prezidentlər təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparacaqlar. Türkiyə və Ukrayna liderləri ikitərəfli əlaqələri və Taxıl Sazişini müzakirə edəcəklər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}