Ukrayna Gürcüstanın səfirini qovdu


Sozcu.info “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvili Mixail Saakaşvili ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Ukrayna tərəfinin istəyi ilə cümə axşamı günü, iyulun 6-da Kiyevi tərk edib. Bu barədə açıqlamanı Gürcüstan XİN verib.

Zaxaraşviliyə Ukraynanı tərk eləməsi üçün çərşənbə axşamı günü – iyulun 4-də 48 saat vaxt verilib. Kiyev səfirin məşvərət üçün Tbilisiyə qayıtmalı olduğunu qərara alıb.

Gürcüstanın “Gürcü arzusu”  hakim partiyasının sədri İrakl Kobazidze Prezident Zelenskinin bu addımından narazı qalsa da, Tbilisinin Ukrayna ilə dostluq rejimində qalmaq istədiyini də qeyd edib.

Saakaşvili 2021-ci ildən bəri Gürcüstanda həbsdə saxlanılır.



Oxşar Xəbərlər

Xəbər lenti