Kreml: “Putin Ərdoğanın qərarını anlayışla qarşılayır”


“Çəhrayı eynək taxmamışıq”

Sozcu.info xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi  Dmitri Peskov Vladimir Putinin Türkiyə Prezidenti R.T.Ərdoğanın İsveçin NATO-ya daxil olmasına razılıq verməsini anlayışla qarşıladığını bildirib.

Peskov deyib: “Türkiyə – NATO üzvüdür. Türkiyənin öz öhdəlikləri var. Türkiyə öz öhdəliklərini yerinə yetirməyə borcludur. Bu, heç vaxt bizim üçün sirr olmayıb. Bu planda biz heç vaxt çəhrayı eynək taxmamışıq, hər şeyi gözəl başa düşürük. Bu, tarixin bir parçasıdır”.



Oxşar Xəbərlər

Xəbər lenti