8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Prezident İlham Əliyev “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 884-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 noyabr tarixli 758 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sozcu.info fərmanın mətnini təqdim edir:
1. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 noyabr tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1118; 2023, № 1, maddə 51, № 3, maddə 361) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2.1-ci yarımbənddən “(valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar istisna olmaqla)” sözləri çıxarılsın və həmin yarımbəndə “18 yaşınadək uşaqlar;” sözlərindən sonra “valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar;” sözləri əlavə edilsin;
1.2. 1.2.4-cü yarımbənddən “valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar;” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 884-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.