Növbədənkənar prezident seçkiləri rusiyalı ekspertin gözündə:"İLHAM ƏLİYEVİ TƏLƏSDİRƏN NƏ OLUB?" - TƏHLİL

Növbədənkənar prezident seçkiləri rusiyalı ekspertin gözündə:"İLHAM ƏLİYEVİ TƏLƏSDİRƏN NƏ OLUB?" - TƏHLİL

 

Əliyevin Azərbaycan rəhbərinin erkən seçilməsi haqda qərarı olduqca gözlənilməz oldu. Müxalifət artıq boykot barədə bildirib – hər necə olsa, onun qələbə şansı yoxdur. Bəziləri düşünürdülər ki, namizəd olaraq, Mehriban Əliyeva irəli sürüləcək, amma o, I vitse-prezident kimi qalmalı olacaq.

Azərbaycan prezidenti İlham Əliyev silahdaşlarını da, düşmənlərini də heyrətləndirib – üzdə olmayan heç bir səbəbsiz ölkədə dövlət başçısının, yəni, "özü özünün” erkən seçkisini elan edib. Çünki indiki anda bu posta gerçək alternativ yoxdur. Bu isə, əgər meydana çıxsa, tezliklə olmayacaq və yol açıb Azərbaycan siyasi olimpinə girmək onun üçün, demək olar, mümkünsüz olacaq – əlbəttə, söhbət fəaliyyətdəki prezidentin ailə üzvlərindən birindən getmirsə.

Onun özü aprelin 11-ə təyin etdiyi ilk baxışdan "məntiqsiz səsvermə”nin səbəbini səsləndirməyib – axı növbəti seçkilər bu ilin oktyabrına elan edilmişdi və hakim partiyadan irəli çəkilən məhz fəaliyyətdəki prezident idi.Azərbaycan Konstitusiyasına edilmiş dəyişikliklərə uyğun olaraq prezident səlahiyyətlərinin müddəti beş ildən yeddi ilə uzadılıb və artıq üç dəfə dövlət başçısı seçilmiş İlham Əliyev bu postda praktik olaraq ömürlük qala bilər. Çünki onu əvvəllər birinci vitse-prezident, yəni, dövlətin ikinci şəxsi təyin etdiyi xanımı əvəzləyə bilərdi. Bir çox müşahidəçilər hesab edirdilər ki, Əliyev ağıllı və gözəl Mehriban xanımı prezidentliyə hazırlayır və o, artıq oktyabrda namizədliyini irəli sürəcək – bu yöndə qəzəb ürəyin istəyən qədər idi. Lakin hər şey başqa cür dövr edir.

Bununla bağlı iki sual meydana çıxır.

Birincisi: seçkilər niyə vaxtından əvvələ təyin edildi və prezidentə payızada yenidən prezident olmağa nə mane ola bilərdi?

İkincisi xeyli sadədir: müxalifət niyə seçkiləri boykot etmək qərarına gəlib?

Əliyevin komandasındakı adamlara inansaq, erkən seçkilər keçirməyə səbəblər dedikcə – sadəlövhcəsinə sadədir. Xüsusən də prezidentin köməkçisi Əli Həsənov xatırladıb ki, Azərbaycanda cari ilin mayından Azərbayan Demokratik Respublikasının 100 illiyinin bayram edilməsi, Beynəlxalq Humanitar Forum və digər xeyli yerli və beynəlxalq miqyaslı mühüm tədbirlər nəzərdə tutulub. Bunların hamısı payızda keçirilsə, seçkiqabağı kampaniya və seçkilərlə üst-üstə düşür. Bundan başqa, Həsənov qeyd edib ki, prezidentin artıq 7 ilə seçilməsi prezident səlahiyyətlərinin maliyyə ilinin əvvəlıindən icrasını təmin edir ki, bu da sosial-iqtisadi sahədə vəzifələrin effektli icrası üçün son dərəcə önəmlidir.

"Новости-Армения” digərlərilə yanaşı, politoloq və qafqazşünas Sergey Markedonovun versiyasını təklif edir. "Qeyd edim ki, Azərbaycan prezidenti konstitusiyaya düzəlişlərin iki raundu sayəsində… bir dövlət başçısı üçün legislatura sayının (legislatura – hakimiyyət qurumunun fəaliyyət dövrü-tərc.) məhdudiyyətini götürüb, habelə səlahiyyət dövrünü beş ildən yeddi ilədək uzadıb. Həm də, yəqin ki,  "sürətləndirilmiş” seçkilər, bu hakim modeli "sementləyəcək”, – ekspert güman edir. – Diskussiyalara az vaxt gedəcək, sürprizlər, şayiələr və insinuasiyalar (böhtan düşüncələr-tərc.) azalacaq”.

Bu, müəyyən mənada düzdür, amma yenə də erkən seçkilər üçün aşkar səbəblər görünmür. Deyirlər ki, Əliyevi Azərbaycanın sosial və siyasi çıxışlar törədə biləcək ağır sosial-iqtisadi durumu təhrik edib və indi "öz hakimiyyətini möhkəmləndirməyə” çalışır. Lakin buna qarşı etiraz etmək olar: neft qiymətlərinin düşdüyünə, iqtisadi və bank böhranına  baxmayaraq, Azərbaycan yenə də kasıb deyil və elə, ya belə, bir çox başqalarındansa çətin durumdan çıxmağa nail olur. Ancaq buna "kənardan” mane ola bilərlər, buna görə də, ola bilsin, Əliyev daxili və xarici opponentlərə respublikada durumu silkələmək üçün qüvvələri və pulları səfərbərlik etməyə vaxt verməməkdən yana seçkiqabağı dövrü azaldıb. Bu cür variantda yarım il udmaq da faydalıdır.

Buna Qarabağ problemi və Ermənistanın martda idarəçiliyin parlament modelinə keçidi və öz prezidentini seçəcəyi durum da əlavə olunsa, ehtimal etmək olar ki, Əliyev bütün bunları münaqişənin tənzimlənməsi üçün uzun fasilədən yayınmaq niyyətilə edir.

Ermənistanda seçkilərin yaz, Azərbaycanda payız dövrü nəzərə alınsa, bu, hətta bir il də çəkə bilərdi, halbuki Qarabağ problemini axıra kimi bu qədər uzaq perspektivə "sıxmamaq” üçün müəyyən zəmin var.

Ciddi danışsaq, həm Ermənistanda, həm də Azərbaycanda seçkilərin keçirilmə tarixi bölgəsəl güvənliyə təsir edir, ona görə də bunları sinxronlaşdırmaq məqsədəuyğundur. Əlbəttə, Bakı savaşa deyil, barışığa yönəlibsə. Lakin, yəqin ki, Əliyev hərbi avantüralara getməyəcək – danışıqlar fəallaşıb, Bakı ATƏT sədri şəxsi təmsilçisinin ofis ştatının xeyli genişləndirilməsinə razılaşıb və ilkin mərhələdə Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonlardan çıxarılması və Azərbaycanın nəzarətinə verilməsini nəzərdə tutan "Madrid prinsipləri”nin gerçəkləşdirilməsini sürtələndirir. Düzdür, ermənilərin tənzimlənməyə bir qədər özgə cür yanaşması var, amma sanki konsensus "baş tutur”.

Lakin İrəvanda əksər müşahidəçilərin hesab etdikləri kimi, Əliyev müharibəyə və yaxud qoşunların təmas xəttində, ən azı, irimiqyaslı yaz hərbi gərginliyinin yayılmasına hazırlaşırsa, yuxarıda sözügedən bütün məntiq bərbad olur. Bu versiya həqiqətə yaxındırsa, Əliyevin yaza qədər seçki keçirməyə niyə tələsdiyi də izah olunandır. Əslində, savaş və ya barışığa tərəfdarlıq tezliklə aydınlaşacaq – tərəflərin danışıqlar prosesində diplomatik aktivliyi "lakmus kağızı” olacaq. Bu dövrə doğru Rusiyada da prezident seçkiləri başa çatacaq, rəhbərliyi daxili-siyasi probelmlərdən qurtulacaq. Məlum olduğu kimi, o isə Qarabağ tənzimlənməsi prosesinə çox fəal şəkildə qoşulub.

Azərbaycan müxalifəti seçkiləri boykot edib. Bu da anlaşılandır – o, seçkiləri hökmən uduzacaq. Təkcə ona görə yox ki, Azərbaycanda hakim ailənin maraqlarına qarşı ictimai-siyasi fəaliyyət, sadəcə, yasaqdır və müxaliflərin çoxu xaricdə əyləşməyi faydalı sayır. Azərbaycanda İlham Əliyevi populyarlıq və nüfuz sarıdan gerçəkdən "ötməyə” qabil heç bir partiya və ya lider yoxdur.Əlbəttə, ondan çoxları narazıdır və çoxları mırtıldanır, lakin çox vaxt yetərincə əsaslı şəkildə dəyişikliklərdən qorxurlar. Azərbaycan Əliyevlərin – ata və oğulun – dönəmində müstəqil dövlət olub və neft qiymətləri düşməsəydi, ölkədə həyat səviyyəsi xeyli yüksək olardı və orada insan haqlarının pozulmasından daha az danışardılar. Amma təkrar edirik, Əliyev elə, ya belə, çətin durumdan yaxa qurtarır və bundan savayı, öz ölkəsinin gerçək suverenliyini saxlamağı bacarır.

Azərbaycan "demokratik qüvvələri”nə gəlincə, – həm ölkənin özündə, həm də xaricdə, – onlar israr edirlər ki, seçkilərin keçirilməsilə bağlı tələsiklik müxalifətin buna hazırlaşmasının qarşısını almaqla şərtlənib. Həqiqətən də, bu qədər gözlənilməzcəsinə təyin edilən növbədənkənar seçkilər həmişə hakimiyyətin maraqlarına işləyib. Amma həm də razılaşmaq lazım gəlir ki, Əliyev – istər yazda, istərsə də payızda – öz postunu saxlayacaq. Hətta deyildiyi kimi, Azərbaycanda gur şəkildə çiçəklənməyə başlayan "hakimiyyətdaxili ziddiyyətlər”lə də. Deməli, heç olmasa, ikinci tura keçməyə heç bir şans yoxdursa, seçkilərə qatılmağına dəyərmi?

Bir sözlə, indiki mərhələdə inamla iddia etmək olar ki, Azərbaycan istənilən halda İlham Heydəroğluna səs verəcək və bu zaman seçkilərin saxtalaşdırılması haqda söz-söhbət çox olacaq. Lakin Azərbaycan prezidentini nəyin tələsdirdiyi sualının cavabını ancaq Əliyevin özü  bilər.



Oxşar Xəbərlər

Xəbər lenti