8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə Lalə Şövkət qatılmayacaq”.
Bunu Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib.
"Qəti fikrimizdir. Prezident seçkilərinə partiyadan da kimsə qatılmayacaq” deyən Əvəz Temirxan Lalə xanımın seçkilərlə bağlı fikirlərini də dilə gətirib: "Bu addım səbəbsiz deyil. Mütləq səbəb var. Yoxsa seçkilər bu tarixə salınmazdı”.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək/Modern.az.