Ərdoğandan ŞOK açıqlama: İsrailin nüvə bombaları...


"Prioritetimiz atəşkəs və humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etməkdir. Təcili olan bir neçə saatlıq fasilə deyil, daimi atəşkəsdir. BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanese İsrailin hücumlarına 4 saatlıq fasilə vermək qərarını kin və qəddarlıq adlandırıb. Biz də bu qərara eyni şəkildə yanaşırıq".

Sozcu.info xəbər verir ki, bu sözləri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının fövqəladə birgə sammitində çıxışı zamanı deyib.

Ərdoğan vurğulayıb ki, humanitar yardımlar fasiləsiz həyata keçirilməlidir:

"Bütün təşkilata üzv ölkələr misirli qardaşlarımıza lazımi dəstəyi verməli və Rəfah Sərhəd Qapısının hər zaman açıq qalmasını təmin etməlidir".

Türkiyəli lideri, həmçinin bildirib ki, İsrailin rədd etdiyi nüvə silahları yoxlanılmalıdır:

"Bunlar BMT-nin İnsan Haqları Şurası və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən araşdırılmalıdır, məsuliyyət daşıyanlara qarşı tədbir görülməlidir. İsrail rəsmilərinin etiraf etdiyi nüvə silahları məsələsi araşdırılmalı, Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətindən çıxarılan nüvə bombaları varsa, üzə çıxarılmalıdır. Qərbin ərköyün uşağı kimi davranan İsrail rəhbərliyi vurduğu zərəri ödəməlidir".

Musavat.com 



Oxşar Xəbərlər

Xəbər lenti