Bayramovla Mirzoyan arasında görüş olmayacaq - Rəsmi Bakı


Şimali Makedoniyanın paytaxtı Skopyedə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır. 

Sozcu.info xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. 

Qeyd edək ki, 30 noyabr - 1 dekabr tarixlərində Skopyedə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçirilir. 

Toplantıda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və  Ararat Mirzoyan da iştirak edir. 

yenisabah.az



Oxşar Xəbərlər

Xəbər lenti