Azərbaycan Gənclərinin VIII Forumu ərəfəsində İsmayıllıda gənclərin zona toplantısı-FOTO

Azərbaycan Gənclərinin VIII Forumu ərəfəsində İsmayıllıda  gənclərin zona toplantısı-FOTO

 


İsmayıllıdakı Mədəniyyət Mərkəzində Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində Şirvan zonası gənclərinin toplantısı keçirilib. Tədbirdə Qobustan, Şamaxı, Ağsu, Ucar, Zərdab, Ağdaş, Göyçay, İsmayıllı rayonlarının nümayəndələri iştirak edib.

Toplantı başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib önünə gül dəstələri qoyulub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb.

Aparıcı qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyev ölkənin bütün problemlərinin həllində, yeni-yeni layihələrin həyata keçirilməsində, sosial iqtisadi inkişafın sürətlənməsində, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafında, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsində gəncləri həmişə aparıcı qüvvə kimi görmüş, onlara əsaslanmış və etimad göstərmişdir. Dövlət siyasətinin bütün istiqamətlərində olduğu kimi gənclər siyasətinin həyata keçirilməsində də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli liderin strateji xəttini yaradıcılıqla davam etdirir. İndi gənclər siyasəti, gənclərlə iş daha ardıcıldır, davamlıdır, yeni düşüncəyə, ümumxalq maraqlarına, milli-mənəvi dəyərlərə əsaslanır.

Açılış nitqindən sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Cümhuriyyətin varisləri – Azərbaycanın gələcəyi” devizi ilə keçirilən zona toplantısında ilk çıxışı İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov edib. Natiq toplantı iştirakçılarını salamlayıb, sonra isə gənclər təşkilatlarında uzun illər çalışmış təcrübəli bir ziyalı kimi fikirlərini gənclərlə bölüşüb, onlara dəyərli məsləhətlərini verib, Cümhuriyyətin tarixindən, onun süqutu səbəblərindən, dövlət müstəqilliyinin bərpasında və dönməzlik xarakteri almasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilkinliyindən, "Cümhuriyyət ili” çərçivəsində Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi tədbirlərdən, bu tədbirlərin hərbi vətənpərvərlik tərbiyəsinin yaxşılaşdırılmasına, yeni düşüncə və intellektual səviyyənin formalaşmasına, gənclərin əmək, təhsil və öyrənmək fəallığına xidmət etdiyindən, gənclərin ölkəni təmsil etmək bacarığına yüksəlməsindən danışıb.

Çıxışlardan sonra Azərbaycan Gənclər Fondunun, İqtisadiyyat, Kənd Təsərrüfatı, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri ekspert qismində çıxış ediblər. Nazir müavini Fərhad Hacıyev başda olmaqla ekspertlər çoxsaylı sualları cavablandırıblar.

Azərbaycan Gənclərinin VIII Forumuna 9 rayondan seçilən 75 nümayəndəyə uğurlar arzulanıb.

Bununla da VIII Forum çərçivəsində keçirilən zona toplantısı sona yetib.

Sozcu.info

Azərbaycan Gənclərinin VIII Forumu ərəfəsində İsmayıllıda  gənclərin zona toplantısı-FOTO

 

Azərbaycan Gənclərinin VIII Forumu ərəfəsində İsmayıllıda  gənclərin zona toplantısı-FOTO

 

Azərbaycan Gənclərinin VIII Forumu ərəfəsində İsmayıllıda  gənclərin zona toplantısı-FOTO

 

Azərbaycan Gənclərinin VIII Forumu ərəfəsində İsmayıllıda  gənclərin zona toplantısı-FOTO

 

Azərbaycan Gənclərinin VIII Forumu ərəfəsində İsmayıllıda  gənclərin zona toplantısı-FOTO

 

Azərbaycan Gənclərinin VIII Forumu ərəfəsində İsmayıllıda  gənclərin zona toplantısı-FOTO

 


 


 




Oxşar Xəbərlər

Xəbər lenti