8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Müsahibənin mətni ilə tanışlıqdan belə dərhal məlum olur ki,o,real həyata ,reallığa hesablanıb. Belə ki, burada ”düşmən”, “İşgal”, ”Qarabağ problemi” kimi ifadələr ya yoxdur, ya da hansısa fikri çatdırmaq üçün yardımçı vasitə kimi istifadə edilir.Ən qürur vericisi isə budur ki, sual ünvanlanmayan tərəf də həmin məsələlərə demək olar ki, toxunmur. Bu isə ondan xəbər verir ki, təkcə bir ölkənin rəhbəri deyil, beynəlxalq ictimaiyyət o sıradan beynəlxalq kütləvi informasiya vasitələri də həmin məsələləri zaman keçmiş məsələlər kimi qəbul edirlər.İndi ölkə rəhbərliyi başlıca məsələ kimi iqtisadiyyatın inkişafını ön plana çəkir. O, ölkə iqtisadiyyatının artım tempini daim diqqət mərkəzində saxlayır. Hətta neft ixracındakı cüzi geriləmə də onu narahat edir. O da diqqət mərkəzindədir ki,karbohidrogen ehtiyatları tükənməz bir sərvət deyil. Ona görədə geriləmə obyektiv bir haldır. Bunun üçün isə digər enerji sahələrinə, xüsusən bərpa olunan enerji sahələrinə diqqət ayırmaqdadır. Bu cəhətdən də bizim problemlərimiz yoxdur.Çünki illər uzunu aparılmış siyasət Azərbaycana beynəlxalq mənada etibarlı tərəfdaş imici yaratmışdır. Ona görə beynəlxalq investorlar ölkəmizin iqtisadiyyatına həvəslə sərmayə yatırırlar.Çünki gözəl bilirlər ki, bu iqtisadiyyat risqsizdir. Bu intervyu ölkəmizin beynəlxalq aləmdə artmaqda olan rolundan xəbər verir. Dünyada mövcud olan 200-dən çox ölkənin əksəriyyəti bizi bu cür də qəbul edir.
Xəyyam Nəbiyev
Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Sozcu.info