8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının fəxri sədri, milyarder Bidzina İvanişvili partiyanın yenilənmiş nizamnaməsinə əsasən, ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürmək səlahiyyətini alıb.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.
Yeni nizamnaməyə görə, siyasi şura partiyanın fəxri sədrinin namizədliyini irəli sürməklə Gürcüstanın baş nazirinin namizədliyini təsdiq etmək səlahiyyəti qazanıb. Bundan əlavə, partiyanın fəxri sədrinin və ya siyasi şuranın qərarı ilə partiyanın növbədənkənar qurultayı çağırıla bilər.
Qeyd olunub ki, siyasi şura partiyanın fəxri sədri və partiya qurultayında seçilən 15 üzvdən ibarətdir.