Gürcüstanın növbəti prezidenti kim olacaq?


Sozcu.info xəbər verir ki, “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili 2024-cü ilin sonunda Gürcüstan prezidenti seçilə bilər.

Bu barədə məlumatı “Vzqlyad” qəzeti “Pirveli” (“Birinci”) adlı müxalifət telekanalına istinadla verib. Politoloq Giya Xuxaşvili deyib: “Hadisələrin belə inkişafı Bidzina İvanişvili üçün yaxın beş il üçün ciddi siyasi immunitet əldə etmək deməkdir”.

Telekanalın məlumatına görə, İvanişvili indiki baş nazir İrakli Qaribaşvilini Tbilisinin  meri Kaxa Kaladze ilə əvəz edə və bunun sayəsində 2024-cü ilin oktyabrındakı parlament seçkilərində uğur qazana bilər.

“Gürcü arzusu” partiyasından bu məlumatla bağlı şərh verilməyib.



Oxşar Xəbərlər

Xəbər lenti