SON DƏQİQƏ! İran və Rusiya HƏRƏKƏTI KEÇDİ: "Çox narahatıq..."


Ukrayna müharibəsində Rusiyaya daha yaxın olan İran Qəzzada İsrail və onun ən böyük dəstəkçisi olan ABŞ-la üz-üzədir.

Sozcu.info xəbər verir ki, Britaniyanın SKY News telekanalı Tehranın hazırladığı yeni silahı “İranın Rusiyanın Ukraynadakı müharibəsi üçün hazırladığı yeni hücum PUA-sı” başlığı ilə təqdim edib.

Telekanal adını gizli saxladığı təhlükəsizlik mənbəsinə əsaslanaraq yazıb ki, İran Rusiya üçün yeni, yüksək texnologiyalı hücum PUA-sı hazırlayıb.

659e8fad0722bbae75ff6274.jpg (65 KB)

Xəbərdə yeni PUA-nın Shahed-101 PUA ailəsinin bir hissəsi olduğu barədə məlumatlar yer alıb.

SKY News-a danışan mənbə təxminən 2,5 metr uzunluğa və 3 metr qanad genişliyinə malik olan PUA-nın bir vasitədən atıla biləcəyini və 1500 kilometrə qədər mənzilə sahib olacağı təxmin etdiyini söyləyib. Yeni silah video üçün canlı yayım ötürücüsü ilə təchiz ediləcək.

Bu cür kəşfiyyat imkanları o deməkdir ki, PUA Ukraynanın cəbhə xəttində digər pilotsuz uçuş aparatları və ya silah sistemlərinin vurulması üçün hədəfləri müəyyən edə bilər.

659e8fad0722bbae75ff6273.jpg (65 KB)

Ukrayna və onun Qərb müttəfiqləri əvvəllər Tehranı Moskvanı Shahed-131 və Shahed-136 kimi tanınan yüzlərlə birtərəfli hücum PUA-ları ilə təmin etməkdə ittiham edirlər.

Rusiya Müdafiə Nazirliyi və İran Xarici İşlər Nazirliyi SKY News-un şərh sorğusuna hələ cavab verməyib.

Ukraynalı mənbə isə bildirib ki, yeni tip PUA-nın hazırlanması ilə bağlı iddia böyük ehtimalla doğrudur.

“Bizim sözügedən PUA növlərinin mümkün tədarükü ilə bağlı böyük narahatlığımız var”, - mənbə bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti