Putindən TƏCİLİ AÇIQLAMA: Bir gün mütləq bunu edəcəm


Xabarovsk şəhərində keçirilən görüşdə Rusiya prezidenti Vladimir Putinə Cənubi Kuril adalarından biri olan Kunaşir adası ilə bağlı sual verilib.

Sozcu.info xəbər verir ki, Putin İkinci Dünya müharibəsindən bəri Yaponiya ilə mübahisə mövzusu olan Cənubi Kuril adalarına bir gün mütləq səfər edəcəyini bildirib.

Rusiya lideri adalarda turizmin inkişaf etdirilməsi lazım olduğunu ifadə edib: "Oranın çox maraqlı olduğunu deyirlər. Təəssüf ki, heç vaxt olmamışam, bir gün mütləq ora gedəcəm".

Sakit Okeanın şimal-qərbində yerləşən Kuril adaları Rusiyanın Kamçatka yarımadasının cənub ucundan cənuba doğru Yaponiyanın Hokkaydo adasına qədər 1250 kilometr uzanır və qərbdə Oxot dənizi ilə şərqdə Sakit Okean arasında sərhəd təşkil edir.

Sovet qoşunları İkinci Dünya Müharibəsinin sonunda Yaponiyanın Hokkaydo sahillərində dörd adanı ələ keçirdilər. Moskvanın əlində qalan bu adalar hələ də iki ölkənin sülh müqaviləsi imzalamasına mane olur. Yaponiya isə Moskvanın əlində olan Kuril adalarını öz ərazisi kimi qəbul edir. Adalar Yaponiya tərəfindən Şimal əraziləri kimi tanınır.

Musavat.com 



Oxşar Xəbərlər

Xəbər lenti