Saakaşvili müxalifətə rəhbərlik edəcək

Sozcu.info xəbər verir ki, Gürcüstanın eks-prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili parlament seçkilərində müxalifətə başçılıq edəcək.  O, əsasını qoyduğu, hazırda müxalifətdə olan  "Vahid milli hərəkat" partiyasının siyasi şurasına başçılıq eləməyə hazır olduğunu bəyan edib.
Saakaşvili "Vivamed" klinikasından onlayn şəkildə qoşulduğu məhkəmə iclasındakı çıxışında deyib: "Əvvəla təcrübəli "döyüşçülərimiz"in hamısının siyasi şuraya qayırması üçün siyasi məsuliyyəti öz üzərimə götürürəm - bir çox layiqli adamlar nədənsə siyasi şuradan çıxarılıblar. Siyasi şuranın koordinasiyası məsələsini və geri qaytarılan üzvlərin yenidən partiyaya inteqrasiya edəcəyinə dair məsuliyyəti öz üzərimə götürürəm. Partiya başqa ittifaqların və insanların üzünə açıq olacaq".



Oxşar Xəbərlər

Xəbər lenti