YAP-dünənin, bu günün, sabahın partiyası!

1992-ci ilin soyuq 21 noyabr günü... Azərbaycanın demək olar ki, bütün bölgələrinin tanınmış ziyalıları, o dövrün məşhur simaları Naxçıvana axışırlar. Bu tarixi, qəhrəman şəhərdə yeni siyasi partiyanın- Yeni Azərbaycan Partiyasının əsası qoyulur. Ulu Öndər xalqımızın, eləcə də dünyanın tarixi şəxsiyyətlərindən biri olan Heydər Əliyev partiyanın sədri seçilir.
Bu tarixi ana qədər hələ oktyabrın 16-da Azərbaycanın başı üzərində qara buludların sonsuz həddə çatdığını, ölkədə xaosun, özbaşınalığın tüğyan etdiyini, xalqın heç bir qüvvəyə inanmadığını, Ermənistan tərəfindən torpaqlarımıza təcavüzün gündən-günə şiddətləndiyini dərk edən bir qrup ziyalı Heydər Əliyevə müraciət edərək yeni bir ümumxalq siyasi partiyanın yaranmasını və ona rəhbərlik etməsini xahiş etmişdi. Bu xahişin Azərbaycan xalqı, onun gələcəyi üçün nə qədər böyük önəm kəsb etdiyini uzaqgörənliklə duyan böyük Şəxsiyyət millət naminə tarixi məsuliyyəti çiyinlərinə götürdü. Sonrakı tarixi hadisələr, bu günün bütöv Azərbaycanı sübut etdi ki, Ulu Öndər nə qədər düzğün və inamlı addım atdı.
2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının 7- ci Qurultayı artıq işğaldan azad olunmuş ölkənin -məhz bu partiyanın sədri, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşmiş bir xalqın ləyaqətli övladlarını özündə cəmləşdirən bir partiyanın Qurultayı oldu.
Qurultayda çıxış edən Prezident, YAP-ın sədri İlhamƏliyev partiyanın keçdiyi yolda nə qədər mürəkkəb maneələrlə üzləşdiyini xatırladaraq onun bu gününün yaratdığı xarüqələri bir daha xalqın, dünya ictimaiyyətinin gözündə canlandırdı. Bu gün YAP 50-dən artıq dövləti və siyasi partiyanı özündə birləşdirən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvüdür. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə uzunmüddətli əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bütövlükdə YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olmaqla bu regionun taleyüklü məsələlərinə öz tövsiyəsini verir.
Azərbaycanın müstəqilliyinin ilk illərində və bu müstəqilliyin qorunub saxlanması, möhkəmlənməsində müstəsna xidməti olan ölkənin aparıcı partiyası bu gün də tarixi amala sadiqdir. YAP-ın fəaliyyətindəki strateji hədəflərə nəzər saldıqda Azərbaycan dili və dünya azərhəmrəyliyi, işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış, Heydər Əliyev irsinin təbliği, güclü iqtisadiyyat və davamlı inkişaf və s. müddəalar bir daha sübut edir ki, YAP dünənin, bu günün və sabahın partiyasıdır. 
Azərbaycan inamla daha böyük zəfərlərə doğru irəliləyir. Bu yol qarşısıalınmazdır. 44 günlük tarixi qələbəmiz, bu gün işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi, həmin ərazilərdə bərpa və yeni quruculuq işlərinin geniş vüsətlə davam etdirilməsi, vətəndaşlarımızın maddi rifah halının daim yüksəldilməsi, xüsusilə Şəhid ailələrinə, Qazilərə yüksək qayğı, Ordu quruculuğunda saysız nailiyyətlər-bütün bunlar əyani şəkildə sübut edir ki, Azərbaycan, onun bütövləşmiş, bir yumruq kimi birləşən xalqının taleyi etibarlı əllərdədir! Dahi Öndərimiz Heydər Əliyev idealarına sadiqlik, bu ideyaların davamı olaraq öz Millətini dərindən sevmək, bu sevgi naminə ən böyük sınaqlardan keçmək- Prezident, YAP sədri İlham Əliyevi xalqa, dünyaya sevdirən əsl rəhbər xüsusiyyətləridir. 
Bu gün Azərbaycana, onun rəhbərinin gördüyü işlərə kölgə salmaq istəyənlər, qəsbkar qonşularımızı hər yollamüdafiə edənlər unutmamalıdırlar ki, tarixi həqiqət, ədalət bu xalqın, onun müdrik, uzaqgörən rəhbərinin yanındadır!
7 fevral Prezident seçkiləri bu həqiqəti bir daha isbat etdi! Azərbaycan xalqı bəşəri həqiqətlərə sadiqliyini növbəti dəfə nümayış etdirərək iradəsini qətiyyətlə ortaya qoyub YAP sədrini, Ulu Öndərin ideyalarının davamçısı İlham Əliyevi Prezident seçdi.
Günel Atakişiyeva 

327 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}