Gürcüstanın Baş naziri ölkə Prezidentini ittiham etdi

Sozcu.info xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili respublikanın Seçki Məcəlləsi barəsində qanuna düzəliş edilməsinə veto qoyub. Bununla yanaşı, hakim partiya prezidentin vetosunu dəf eləmək üçün parlamentdə yetərincə səs çoxluğuna malikdir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Zurabişvilini antidövlət fəaliyyətində ittiham edib.
Hökumət başçısı deyib: "Salome Zurabişvili Mərkəzi Seçki Komissiyasının diskreditasiyası kampaniyasına qoşulub - bu, onun qarşısındakı tapşırıqlardan biridir. Buna görə də, onun veto qoyması tamamilə məntiqidir. Bu, onun antidövlət fəaliyyətində növbəti addımıdır. Hərçənd, əlbəttə ki, bu veto prosseslərin sabit inkişafına əngəl olmayacaq. Veto dəf olunacaq və MSK-nın seçkiləri effektli şəkildə keçirə bilməsi üçün hər şey ediləcək".



Oxşar Xəbərlər

Xəbər lenti