Əliyev və Rəisi Xudafərində görüşəcək


Novruz bayramına qədər Azərbaycan və İran prezidentləri Xudafərinə səfər edəcəklər.

Sozcu.info  xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.

“Ümid edirəm ki, hazırlıq işləri üçün iki ölkənin energetika nazirləri tezliklə görüşəcəklər. Xudafərin, Qız qalası hidroqovşaqları və su bəndlərinin açılış mərasimi sərhəddə hər iki prezidentin iştirakı ilə baş tutacaq”, - deyə diplomat əlavə edib.

Səfir həmçinin qeyd edib ki, Araz körpüsü üzərində keçid məntəqəsi və Ağbənd körpüsü üzərində avtomobil və dəmir yolu xəttinin tezliklə istismara verilməsi üzrə işlər davam edir.

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}